Əsas səhifə » Fisq nədir?

Fisq nədir?

Bakı,AzerVoice

Fisq dinin əmr və qadağalarına zidd davranmaq mənasında fiqh və hədis termini. Lüğəvi baxımdan “təzə xurma qabığını yarıb-çıxmaq, müəyyən bir sərhədi aşmaq” mənasını verən və islamdanəvvəlki dövrdə daha çox bitki və heyvanlar haqqında istifadə edilən bu kəlmə İslam gəldikdən sonra “haqq yoldan ayrılma, Allahın əmrlərinə itaətsizlik etmə” kimi xüsusi məna kəsb etmiş, həm müsəlman olmayanlar, həm də dinin əmrlərinə zidd hərəkət edən müsəlmanlar haqqında istifadə edilmişdir.

Qurani-Kərimin bəzi ayələrində imanın ziddi (“Bəqərə”, 2/99; “Ali- İmran”, 3/110; “Ənam”, 6/49; “Səcdə, 32/18), bəzi ayələrdə isə dinin əmrlərinə itaətin ziddi olaraq (“Bəqərə”, 2/197; “Nur”, 24/4; “Hucurat”, 49/7, 11) işlənir, hidayət və zəlalət terminləri ilə də əlaqəsi qurulur (“Bəqərə”, 2/26; “Tövbə”, 9/80; “Hədid”, 57/26).
Quranda kəlmənin keçdiyi yeddi ayədə müxtəlif mənalarda işlənən “fisq” ictimai münasibətlərlə yanaşı, dinin əmr və qadağalarına zidd davranmağı da ehtiva edir. Kəlam və məzhəblər tarixində “fisq” termininin məna çalarları ilə əlaqəli geniş müzakirələr aparılmışdır.

Digər Kateqoriyalar

2024 © Azervoice