Bakı, AzerVoice
Bakıda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Çinin mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs İdarəsinin rəhbəri Li Çunun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə , AzerVoice-a şöbədən məlumat verilib.
AzerVoice xəbər verir ki, Çin nümayəndə heyətinin tərkibinə Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao, Mədəni İrs Akademiyasının baş direktoru Li Liusan və digər rəsmi şəxslər daxildir.
Söhbət zamanı iki ölkənin incəsənət ustalarının və yaradıcı kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin əhəmiyyəti vurğulanıb. Mədəniyyət sahəsində əməkdaşlığa dair yol xəritələrinin və memorandum layihələrinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Çin tərəfindən müvafiq memorandum layihələri Azərbaycanın Mədəniyyət Nazirliyinə təqdim edilib. Li Çun gələn il Pekində əməkdaşlıq memorandumlarının imzalanmasının yaxşı olacağını, həmçinin Çinin məşhur mədəniyyət kompleksi 798 Art Zone-də Azərbaycan qalereyasını görmək istədiyini əlavə edib.
Həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.