Əsas səhifə » Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur - Nazir

Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur - Nazir

Bakı. AzerVoice

Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur.

AzerVoice xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyətinin ötən il genişləndirilməsi layihəsinin başa çatdırılması, Bakı Dəniz Limanının imkanlarının artırılması Orta Dəhlizin daha böyük potensialla çalışması üçün ciddi əsas yaradır.

Digər Kateqoriyalar

2025 © Azervoice