Əsas səhifə » QİAD sədri Türkiyə səfiri ilə görüşüb

QİAD sədri Türkiyə səfiri ilə görüşüb

Bakı,AzerVoice

Quba İş Adamlarına Dəstək-QİAD platformasının İdarə Heyətinin sədri Cabbar Heybətov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.Bu haqda AzerVoice- QİAD-dan daxil olan məlumatda bildirilib. Məlumata əsasən, görüş Türkiyə Respublikasının elan olunmasının 101-ci ildönümü münasibətilə Bakıda, Heydər Əliyev Mərkəzində təşkil olunan mərazim zamanı baş tutub.

Qeyd edək ki, oktyabrın 25-də Qubada QİAD QİAD təşkilatıçılığı ilə sahibkarlarla görüş keçirib.Görüşə yüzdən çox sahibkar, çoxlu sayda qonaqlar və eləcə də, iştirakçı qatılıb.

Görüşün əsas məqsədi sahibkarların əlaqələrinin genişləndirilməsi, bölgədə iqtisadi tərəqqini dəstəkləməklə sahibkarlığın inkişafına töhfə verməklə yanaşı, ticarətin artırlması, investisiyaların cəlb olunmasıdır.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl QİAD rəhbərliyi Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və bərabərindəki heyətlə görüşüb.

Görüş zamanı "QİAD"-ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında RİH başçısına məlumat verilib. Bütün bunlarala yanaşı QİAD İdarə Heyəti RİH başçısı ilə regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına təkan, regionlardakı iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş zaman QİAD bölgəyə investisiyaların cəlb olunmasının qurumun qarşısında duran vacib prioritetlərdən biri olduğu bildirib.

Digər Kateqoriyalar

2024 © Azervoice