Əsas səhifə » BƏƏ ilə Suriya arasında hava reysləri bərpa olunur

BƏƏ ilə Suriya arasında hava reysləri bərpa olunur

BAKI,AzerVoice

Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş İdarəsi, BƏƏ ilə Suriya arasında hava reyslərinin bərpa olunduğunu elan edib. Bu addımın hər iki ölkə arasında hava nəqliyyatı və iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edəcəyi bildirilir. Qurumun mətbuat açıqlamasında qeyd olunur ki, hazırda hər iki ölkənin aidiyyəti qurumları arasında əməliyyat və texniki prosedurların tamamlanması üzrə koordinasiya davam edir. Bu, rəsmi olaraq uçuşların yenidən başlanmasına hazırlıq məqsədi daşıyır.

Bu qərar, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayid Al Nəhyan ilə Suriya Prezidenti Əhməd Şəraanın görüşündən bir gün sonra verilib. Bu, Şəraanın 2024-cü ilin yanvar ayında vəzifəyə gəlməsindən sonra BƏƏ-yə ilk rəsmi səfəri idi. Görüşdə tərəflər ortaq maraq doğuran bir sıra məsələləri və Suriyadakı vəziyyətlə bağlı son inkişafları müzakirə ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice