Əsas səhifə » İranın Suriyada təsiri azalır?

İranın Suriyada təsiri azalır?

Bakı,AzerVoice

İranın dəstəklədiyi Hizbullah silahlı qruplaşmasına yaxın mənbə bildirib ki, İsrailin Suriya ərazisinə davamlı hav azərbələrindən sonra, İranın bu ölkədə hərbi qruplaşmalarını sayı azalıb. AzerVoicə xəbər verir ki,İran on ildən çox davam edən vətəndaş müharibəsi zamanı Suriya hökumət qüvvələrinə hərbi dəstək verib, lakin son aylarda onun komandirlərini hədəf alan bir sıra zərbələr molla rejiminin mövcudluğunun yenidən formalaşdırılmasına səbəb olub.

Digər bir tərəfdən Hizbullaha yaxın mənbə bildirib ki, “İran öz qüvvələrini Suriyanın cənubundan, o cümlədən İsrailin ilhaq etdiyi Colan təpələrinə bitişik Quneytra və Dəra əyalətlərindən çıxarıb”.

Lakin,İrana beyət etmiş bəzi qüvvələr , hələ də ölkənin digər bölgələrində mövcudluğunu qoruyur.

Bilindiyi kimi, son aylar İranın Suriyadakı hədəflərinə silsilə zərbələr endirilib. Aprelin 1-də bu İranın Dəməşqdəki konsulluğunun vurulması və ikisi general olmaqla yeddi İnqilab Keşikçisinin öldürülüb.

Bu zərbə İranı 13-14 aprel tarixlərində İsrailə qarşı ilk dəfə birbaşa raket və pilotsuz təyyarə hücumu həyata keçirməyə vadar etdi ki, bu da regional gərginliyin artmasına səbəb oldu.

Hizbullaha yaxın digər mənbə bildirib ki, İran yanvarın 20-də Dəməşqdə beş İnqilab Keşikçisinin, o cümlədən onların Suriya kəşfiyyatının rəhbəri və müavininin həlak olması ilə nəticələnən zərbədən sonra qüvvələrini geri çəkməyə başlayıb.

Eyni zamanda Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə qrupu İran qüvvələrinin Dəməşqdən və Suriyanın cənubundan geri çəkildiyini bildirib.

İran dəfələrlə bildirib ki, Suriyada döyüş qoşunları yoxdur, yalnız hərbi məsləhət və təlim vermək üçün zabitlər var.

Lakin Suriyada Livan, İraq və Əfqanıstan da daxil olmaqla, İran tərəfindən təlim keçmiş on minlərlə döyüşçü tərəfindən dəstəklənən 3000-ə yaxın İran hərbi qulluqçusu var.

Digər Kateqoriyalar

2025 © Azervoice