Əsas səhifə » PUA-ların artan rolu ,21-ci əsrin müharibələrində tanklar köhnəlir?

PUA-ların artan rolu ,21-ci əsrin müharibələrində tanklar köhnəlir?

Bakı,AzerVoice

Vətən müharibəsində Azərbaycan ordusunun PUA-lardan aktiv istifadəsi əslində müasir dünyamızda yeni taktika olmasa da olduqca effektiv oldu. Məhz Azərbaycan ordusunun PUA-lardan aktv istifadəsi modern müharibə tarixində əvəzsiz iz buraxdı.

Daha sonra PUA-ların ativ istifadəsi Ukraynada başladı və Amerikanın hərbi gücünün ən önəmli simvollarından biri olan tanklara ölümcül itkilər verdi. Ukraynada PUA-ların istifadəsi, modern hərb tarixində yeni suallar yaratdı-Tanklara ehtiyac qalmadımı, tanklar müharibələr köhnıldimi?

Qeyd edək ki, son iki ay ərzində Rusiya qüvvələri Pentaqonun ötən payızda Ukraynaya göndərdiyi Amerika istehsalı olan 31 M1 Abrams tankından 5-ni məhv edə bilib.

Ukrayna müharibəsində silahların necə istifadə edildiyini və itirilməsini yaxından izləyən avstriyalı hərbi təlimçi, polkovnik Markus Reisner qeyd edib ki, bu ilin əvvəlində cəbhə xəttinə göndərildikdən sonra ən azı üç tank orta dərəcədə zərər görüb.

Vizual dəlillərə əsaslanaraq itkiləri hesablayan Oryx hərbi saytına görə, bu, 2022-ci ilin fevralında müharibə başlayandan bəri Ukraynada məhv edilmiş, qənimət götürülən və ya tərk edilmiş 796 əsas döyüş tankının kiçik bir hissəsidir.

Bu tankların böyük əksəriyyəti sovet dövrünə aiddir, ya da Rusiya və ya Ukrayna istehsalıdır. Oryx qeyd edir ki, Rusiya indiyədək 2900-dən çox tank itirib, baxmayaraq ki, Ukrayna bu sayının 7000 tankı keçdiyini iddia edir.

Oryx məlumatına görə, Ukraynada Alman Leopard tankları da hədəfə alınıb. Ən azı 30 tank məhv edilib. Lakin nəzərə alınmalıdır ki, Abrams tanklarına dünyanın ən güclü tanklarından biridir.

Vaşinqtondakı Hudson İnstitutunun müdafiə üzrə analitiki Can Kəsaboğlu PUA-ların müharibə zamanı tanklara vuracağı zərər ehtimalların fövqündə olacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatasının bu həftənin sonunda Ukraynaya çox ehtiyac duyulan müdafiə silahlarını ehtiva edən 61 milyard dollarlıq yardım paketinə səs verməsi planlaşdırılır.

Tanklar döyüşdə əsas döyüş maşını kimi istifadə edilsə də, onların zəif yerləri də var. Nəzərə almaq lazımdır ki, bu döyüş maşınlarının ən nazik zireh təbəqələri məhz üst tərəflərində olur.

İllərdir ki, tanklar əsasən minalar, əldəqayırma partlayıcı qurğular, reaktiv qumbaraatanlar və çiyin-atəş sistemləri kimi tank əleyhinə idarə olunan raketlərlə hədəfə alınıb.

İndi isə mənzərə tam fərqlidir, belə ki PUA-larla yanaşı, partlayışı qurğu daşıya bilən, rahat edarə edilə bilən dronlar da silah kimi istfadə edilir.

Ölçüsündən və texnoloji xarakteristikasından asılı olaraq, dronların qiyməti 500 dollara qədər ola bilər ki, bu da 10 milyon dollarlıq Abrams tankının məhv edilməsi ilə müqayisədə “xırda” kiçik rəqəmdir.

Müdafiənin nə əsan nə də bir yolu yolu yoxdur

Noyabrda, Abrams tanklarını aldıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski “Onların döyüş meydanında ən mühüm rol oynadığını söyləmək mənim üçün çətindir; Çünki onların sayı çox azdır”-deyib.

Bəzi rəsmilər və hərbi ekspertlər hesab edir ki, Ukrayna liderləri gələn il başlanacaq hücum əməliyyatları üçün “Abrams” tanklarını saxlamağı planlaşdırıblar və onları cəbhə bölgəsinə göndərməyiblər.

Buna səbəb isə, bu tankların “asan hədəf” olmasıdır.

Kiçik dronların qarşısını “pilotla” əlaqəni pozan tıxanma qurğularından istifadə etməklə dayandırmaq olar. Qeyd edək ki, Ukraynanın döyüş meydanlarında bu dronları məhv etmək və ya tutmaq üçün tüfənglərdən və hətta sadə balıq torlarından istifadə olunub.

Vaşinqtondakı Karnegi Beynəlxalq Sülh Fondunun əməkdaşı Maykl Kaufman hesab edir ki,  hal hazırda yeni nəısil tanklarda döyüş dronlarının məhv etmək üçün istifadə olunan ən təsirli vasitə elektron müharibə və müxtəlif növ passiv müdafiə sistemləri var.

 “Döyüş dronlarını zərərsizləşdirmək fərdi yanaşma tələb edir və Ukrayna qüvvələri bu işdə daha bacarıqlı olub”-deyə o bildirib.

Dronlara qarşı lazer silahları

NATO baş katibinin müharibələr üzrə eksperti David M. Van Welle bildirib ki, artıq bəzi ordular dronları zərərsizləşdirmək üçün, lazer silahlarını nəzərdən keçirir.

“Lazer silahları digər sursat növləri ilə müqayisədə daha ucuz və daha asan əldə edilə bilər və döyüş dronlarını kimi kiçik hədəfləri vura biləcək. Bütün yeni yaranan müharibələrdə olduğu kimi, hətta lazer silahlarını da zərərsizləşdirmək üçün əks tədbirlərin icad edilməsi an məsələsidir”-deyə o bildirib.

AzerVoice xəbər servisi

Digər Kateqoriyalar

2025 © Azervoice