BAKI, AzerVoice, Səməd Əyyubov
Sərvət və uğur qazanmaq arzusu insan həyatının ayrılmaz hissəsidir. Lakin bu arzu bəzi hallarda həddindən artıq tamahkarlığa və psixoloji çöküşə səbəb olur. Xüsusilə qumar kimi bir baş bəlası, insanın ehtiraslarını idarə etməsini çətinləşdirir və onun həyatını alt-üst edir. Ədəbiyyat, fəlsəfə və psixologiya bu mövzuya geniş yer ayırmışdır. Bu məqalə qumar asılılığının və tamahkarlığın insana göstərdiyi mənfi təsirlərə nəzər salmağa çalışacağam.
İlk növbədə qumar və tamahkarlığın təbiətini, onların
bir-birindən necə fərqəldiyinə nəzər salaq.
Tamahkarlıq, insanın kifayət qədər mala-mülkə sahib olduğu halda,
daha çoxuna ehtiyacı olması və bu yolda heç bir maneəni tanımaması
ilə xarakterizə edilir. İnsan, var-dövlətini hətta ailəsini də risk
altına qoya bilər, bu bəzi hallarda insanın özünün təbiətindən və
xarakterindən də asılıdır. Qumar isə, bir uçurumdur - sürətli
qazanc ümidi ilə riskə gedən bir fəaliyyət növüdür. Ancaq qumarda
həmişə uğur qazanan deyil, uduzan daha çoxdur.
Psixoloq Mark Qriffits bildirir ki, qumar asılılığı beynin
mükafatlandırma sistemini manipulyasiya edərək insana qısa müddətli
həyəcan hissi yaşadır. Ancaq bu, bir növ "aldadıcı xoşbəxtlik"dir,
digər mənada – illyuziyadır. Çünki qumarbazlar qazandıqları məbləği
yenidən oyuna qoyaraq daha böyük məbləğlər uduzurlar.
Psixiloji araşdırmalar göstərir ki, qumar oynayan insanın beyni narkotik istifadə edən şəxslərlə eyni reaksiya verir. Bu isə, onun bir növ narkotik asılılığı kimi işlədiyini sübut edir.
Qumar asılılığı və tamahkarlıq həmçinin ədəbiyyatda da öz yerini tapıb.
Aleksandr Puşkin – "Qaratoxmaq qız" (Пиковая дама). Bu əsər tamahkarlığın və qumar ehtirasının bir insanı necə məhv edə biləcəyini göstərən ən məşhur nümunələrdən biridir. Əsərin qəhrəmanı Herman, qısa yoldan zəngin olmaq istəyir və sirli kartların ona uğur gətirəcəyinə inanır. Ancaq tamahkarlıq onu son nəticədə dəli edir və o ruhi xəstəxanaya aparılır. Bu əsər, taleyin ironiyasını və insanın öz tamahının qurbanı ola biləcəyini əks etdirir.
Fyodor Dostoyevski – "Qumarbaz" (Игрок). Dostoyevski bu romanında şəxsi həyatından ilhamlanıb. Özü də qumar asılılığından əziyyət çəkən yazıçı, əsərdə baş qəhrəman Aleksey İvanoviçin qumara necə aludə olduğunu və tədricən həyatını necə məhv etdiyini təsvir edir. O, sevgi, pul və güc uğrunda mübarizə aparır, lakin nəticədə hər şeyini itirir. Bu, qumarın psixoloji təsirlərini realistik şəkildə təsvir edən ən güclü romanlardan biridir.
Tomas Mann – "Feliks Krulun Etirafları" (Bekenntnisse des Hochstaplers Felix Krull). Bu əsər əsasən tamahkarlıq mövzusuna həsr edilib. Bu əsərdə qəhrəman saxtakarlıq yolu ilə cəmiyyətdə yüksəlməyə çalışır. O, uğur və zənginlik uğrunda hər şeyi etməyə hazırdır. Əsər, pul və güc ehtirasının insanı necə manipulyasiya edə biləcəyini nümayiş etdirir.
Məşhur ekpertlərlər də bu barədə öz fikirlərini bildiriblər.
İqtisadçı Nassim Taleb, qumar barədə belə deyir:
"İnsanlar sürətli qazanca aldanaraq riskləri dəyərləndirməyi unudurlar. Qumar, insanı yalnız itirənə qədər rahat hiss etdirir."
Psixiatr Karl Yung, tamahkarlığı insanın nəzarət edə bilmədiyi bir instinkt olaraq izah edir:
"İnsan içindəki gücü hiss etdikcə daha çox istəyir. Ancaq onu idarə edə bilməyəndə, bu güc insanın özünü məhv edir."
Pul və psixologiya mövzusunda araşdırmaları ilə tanınan Daniel Kahneman isə belə deyir:
"İnsan beyni itkiyə daha çox reaksiya verir, nəinki qazanclara. Bu səbəbdən, qumarbazlar uduzduqca daha çox oynayırlar – çünki itkiləri bərpa etmək istəyirlər."
Elmi araşdırmalar göstərir ki, tamahkarlıq və qumar ehtirası insana qısamüddətli həyəcan versə də, uzunmüddətli perspektivdə onu məhv edir.
Pul və uğur hərisliyi idarə olunmadığı halda, insanın həm psixoloji, həm də maddi cəhətdən tənəzzülünə düçar olur.
Bu səbəbdən, hətta böyük filosoflar belə insanları bu cür vərdişlərdən uzaq durmağa çağırmışlar. Əsas məsələ, insanın arzularını və ehtiraslarını nəzarətdə saxlaması və özünü tanımasıdır. Əks halda, Herman və Aleksey İvanoviç kimi faciəli talelərdən qaçmaq mümkün olmayacaq.
Digər bir tərəfdən qumar haqqında Uilliyam Şekspir "Kiminsə uduzması hesabına qazanc əldə etmək – Bu, insanın öz vicdanını masaya qoymasıdır."- deyir.