BAKI, AzerVoice
Qambiya Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyədə hərbi təhsil
almaq üçün Fəcara şəhərindəki Qambiya Silahlı Qüvvələri Təlim
Məktəbində türkcə dərsləri alır.
AzerVoice xəbər verir ki , burada
yaradılan “Atatürk sinifi” və “Atatürk kitabxanası” sayəsində
türkcə tədris və mənbələrə çıxış imkanı mövcuddur.
Milli Müdafiə Nazirliyi ilə Türkiyə Maarif Vəqfi arasında
imzalanmış Təhsil Əməkdaşlıq Protokolu çərçivəsində 2020-ci ildən
bəri Qambiya ordusunun 555 əməkdaşı türk dili təhsili alıb. Hazırda
22 hərbi tələbə türkcə öyrənir və bu kursun sonunda B2 səviyyəsinə
çatmaları hədəflənir.
Qambiya Hərbi Müşaviri Piyada Qərargah Polkovniki Anıl Aksoy bildirib ki, Qambiya ilə Türkiyə arasındakı hərbi əməkdaşlıq 1991-ci ildə ilk Türk Jandarma Təlim Qrupunun Qambiyaya gəlişi ilə başlayıb. O, həmin dövrdən bu günə qədər 160 Qambiya hərbi qulluqçusunun Türkiyədə müxtəlif proqramlar çərçivəsində türkcə öyrəndiyini qeyd edib.
Aksoy, türkcə təhsilinin iki ölkə arasındakı hərbi əlaqələrin möhkəmlənməsinə və təcrübə mübadiləsinə mühüm töhfə verdiyini vurğulayıb.
“Türkcə tədrisi ilə ilk növbədə ünsiyyət körpüsü yaradırıq. Bu,
hərbi təcrübənin ötürülməsinə də kömək edir. Türkcəmizin dünyanın
hər yerində danışılmasına böyük önəm veririk.” -deyə o
bildirib.
Türkcə öyrənən hərbi personal Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 2024-cü ildə təmir edilmiş “Atatürk kitabxanası”ndan da istifadə edir. Burada türk və ingilis dillərində hərbi dərsliklər, tarix kitabları, romanlar və araşdırma materialları mövcuddur.
Qambiya Təlim Məktəbi Kışlasında türkcə təhsili alan əsgər Khadije Balde isə Türkiyəyə böyük maraq göstərdiyini bildirərək,
“Bu kurs bitdikdən sonra gələn il Türkiyədə hərbi təhsil
alacağam. Ona görə də türk dilini öyrənirəm, Türkiyəni çox
sevirəm.” – deyə fikirlərini bölüşüb.