Bakı, AzerVoice
İngiltərə hökuməti, bu gün Rusiya və digər ölkələrdə, o cümlədən Çin və Şimali Koreyada yerləşən şəxslər və təşkilatlara qarşı sanksiyalar tətbiq edib.
AzerVoice xəbər verir ki, bu haqda İngiltərə xarici işlər naziri Devid Lamminin verdiyi açıqlama deyilir.
Açıqlamada, Rusiyanın Ukraynaya hücumuna dəstək verməyə davam etmək ittihamı ilə Rusiyada və digər ölkələrdə yerləşən şirkətlərə qarşı 100-dən çox yeni sanksiya tətbiq edilib.
Lammi bildirib ki, bu tədbir, təxminən üç ildən bəri ən mühüm tədbir olmaqla, Böyük Britaniyanın Ukraynaya olan öhdəliyini təsdiqləyir.
Qeyd edək ki, daha öncə Devid Lammi, Rusiyaya qarşı təzyiqi artırmaq vaxtının gəldiyini bildirmişdi. O, müharibənin başlanmasının üçüncü ildönümündə Rusiyaya qarşı tətbiq ediləcək ən böyük sanksiya paketini açıqlayacağını və bunun Rusiyanın hərbi potensialını zəiflədərək, Ukraynadakı dağıntıları yaradan gəlirləri məhdudlaşdırmağa yönəldiyini qeyd etmişdi.