Əsas səhifə » İraqda Həşd Şaabi rəhbərliyi uğrunda qanlı mübarizə başladı

İraqda Həşd Şaabi rəhbərliyi uğrunda qanlı mübarizə başladı

BAKI,AzerVoice

Son dövrlərdə İraqda, Həşd Şaabi rəhbərliyində dəyişiklik baş verəcəyi ilə bağlı şayiələr yayıldı. Bu, Şiə silahlı qrupları və partiyalar arasında, onlarla əlaqəli olan və böyük maliyyə gücünə sahib olan, həmçinin əhəmiyyətli nüfuz və hakimiyyətə malik olan bu təhlükəsizlik orqanının rəhbərliyi uğrunda gedən mübarizənin şiddətlənməsinin əks-sədası kimi görünür. Həşd Şaabi İraqda fəaliyyət göstərsə də İrana sadiqliyi ilə seçilən silahı qruplaşmadır.

Həşd Şəbi rəhbəri Falih Feyad uzun illər bu qruplaşmanın lideri olaraq qala bilib lakin bu düçünüldüyü kimi o qədər də asan olmayıb.

Dəfələrlə Əl-Əsaib Əhli-l-Həqq qruplaşması, Feyadın istefasını tələb edərək, onun yerinə öz liderlərini təyin edilməsi tələbi ilə çıxış ediblər. Xəzzəlinin nüfuzu son illərdə oldiqca artmış və o, İraqın siyasi və təhlükəsizlik mənzərəsində əhəmiyyətli bir fiqura çevrilib, bu da onun Həşd Şaabi üzərində tam nəzarət qurma istəyini artırıb.

Falih Feyadın vəzifəsindən uzaqlaşdırılması, ölkə üzərində olan nəzarət uğrunda mübarizəsinin yenidən başlanmasıdır. Xüsusən də bu mübarizə regionda baş verən ciddi dəyişiklərin fonuunda olduqca amanız olacaq. Bilindiyi kimi, ABŞ-ın İraq qarşısında qoyduğu tələblərdən biri də, İrana bağlı olan Həşd Şaabini ləğv etməkdir.

İranla yaxın əlaqələri olan və İran İnqilab Keşikçiləri Korpusunun güvəndiyi Qeys Xəzzəlinin məqsədi, Həşd Şaabini müdafiə etmək və ona daha çox maliyyə üstünlükləri və sosial təminatlar qazandırmaqdır.Beləliklə, o, İran üçün bu qüvvənin İraqdakı nüfuzunu qorumaqda və rəqibləri ilə mübarizə aparmaqda güvənilir bir şəxs olaraq özünü təqdim edir.

Həşd Şaabi və onun rəhbərliyi ilə bağlı ən son şayiə, yerli media və sosial şəbəkələrdə general Abdəl-Əmir Rəşid Yarallahın Həşd rəhbərliyinə namizədliyi ilə bağlı yayılan xəbərlə bağlı idi.

İraq Müdafiə Nazirliyi bu xəbəri təkzib etdi. Nazirlik bildirib ki, Yarallah hələ də hərbi baş qərargahın rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Yayılan xəbərdə deyilir ki, sabiq baş nazir, İrana sadiqliyi ilə ğn sıralarda olan Dəvət Partiyasının lideri və Hüquq Dövlət Koalisiyasının rəhbəri Nuri əl-Maliki, Falih Feyadın yerinə Həşd rəhbərliyinə general Abdəl-Əmir Rəşid Yarallahı təklif edib.

İraq siyasi və media dairələri bu xəbəri “nəbz yoxlamaq” kimi qiymətləndirib, ehtimal edilir ki, bu şayiəni məhz Əl-Əsaib Əhli-l-Həqq yayıb. Məqsəd, Feyadın rəhbərliyindən uzaqlaşdırılması məsələsində digər Şiə qüvvələrinin mövqelərini və xüsusilə də hökumətin mövqeyini öyrənməkdir. Xüsusən, baş nazir Məhəmməd Şiə əl-Sudani bu təşəbbüslərə heç bir reaksiyə verməyib, çünki Feyad onun Şiə siyasi ailəsindən olan bir müttəfiqidir.

Yarallahın Həşd Şaabi rəhbərliyinə təklif edilməsi ilə bağlı şayiə, bir müddət əvvəl İraqın əl-Sudani hökumətini dəstəkləyən Koordinasiya Çərçivəsi (İraq hökumətini formalaşdıran siyasi qüvvələr ittifaqı) liderləri arasında, "hökumətin proqramı və mövcud siyasi mərhələyə uyğun olaraq bəzi dövlət qurumları və başçılarının dəyişdirilməsi" ilə bağlı bir razılaşma əldə edildiyi xəbəri yayıldıqdan sonra genişləndi.

Mənbələrə görə, bu dəyişikliklər arasında Həşd Şaabi rəhbərliyi də yer alır, bir neçə alternativ adın Falih Feyadın yerinə təklif edildiyi bildirilir. Bu adlardan biri Dəvət Partiyasının liderlərindən, digəri isə adı açıqlanmayan silahlı bir qrupdan olan bir şəxsdir. Həmçinin, xəbərdə Malikinin, Həşd rəhbərliyinə öz namizədini təyin etmək üçün fəal şəkildə çalışdığı vurğulanıb.

Falih Feyad, İraqın keçmiş baş naziri Həyder əl-İbadi tərəfindən Həşd Şaabi rəhbərliyinə təyin edildikdən sonra on il ərzində bu vəzifəni icra edir. O vaxtdan bəri, Feyadın vəzifəsindən uzaqlaşdırılması tələbləri müntəzəm olaraq səslənsə də, heç bir zaman reallaşmayıb. Lakin bu tələblər, Feyadın təqaüd yaşını çatması kimi bəzi hüquqi və prosedur səbəblərdən təkrar gündəmə gəlmişdir.

Falih Feyadın əleyhinə olanların əsas arqumentlərindən biri, onun 2019-cu ildəki etirazların amansız şəkildə yatırlmasında Həşd Şaabinin iştirakına görə ABŞ tərəfindən sanksiyalara məruz qalmasıdır. Bu, bəzi müxaliflərə görə, ABŞ administrasiyasına Həşd rəhbərliyinin qanunsuz olduğuna dair əlavə bir bəhanə verərək, üzərinə təzyiqləri artırmağa imkan verir.

İraqdakı vəziyyəti araşdlranlar, Falih Feyadın uzun müddət ərzində təkrarlanan vəzifəsindən uzaqlaşdırılma cəhdlərinə qarşı göstərdiyi ciddi müqavimət göstərdiklərini bilirlər.

Həşd Şaabi rəhbərliyinin təhlükəsizlik və siyasi gücü, təşkilatın müntəzəm orduya inteqrasiyası, İraq Parlamentində təmsil olunması və həmçinin ən yüksək şiə dini lideri Ayətullah Əli Sistani tərəfindən verilən fətvaya əsaslanaraq dini nüfuzunu qoruması, Feyadın bu mövqedə qalmasına imkan yaratdı. Əlavə olaraq, Həşd Şəbi-nin İŞİD-ə qarşı mübarizədəki rolu və qazandığı reputasiya, onu “müqəddəs Həşd Şaabi” adlandırılmasına səbəb olmuşdur.

Lakin, bəzi siyasi təhlilçilər Feyadın daha uzun müddət bu mövqedə qala biləcəyinə şübhə ilə yanaşır, çünki o, indi, Həşd rəhbərliyini ələ keçirməyi hədəfləyən qüvvələrin qarşısında güclü rəqiblərlə üz-üzədir. Bu rəqiblər, Koordinasiya Çərçivəsi çərçivəsində, İraq hökumətini dəstəkləyən yüksək mövqelərə sahib olan şəxslərdir.
Falih Feyadın rəhbərliyi altında Həşdinüzləşdiyi təzyiqlər, xüsusilə keçən ilin əvvəlində Anbar əyalətinə etdiyi səfərdən sonra gücləndi. Bu səfər zamanı Feyad, şiə partiyalarının terrorizmə dəstək verməkdə günahlandırdığı sünni lideri Əli Hatəm əs-Suleymanla görüşmüşdü. Bu hadisə, Həşd Şaabinin rəhbəri ilə bağlı etirazların artmasına səbəb oldu.
Feyad, öz növbəsində, Həşdin yalnız bir hərbi qurum olmadığını, həmçinin siyasi və təhlükəsizlik məsələlərini də özündə birləşdirən bir struktur olduğunu vurğulayıb. O, təşkilatın “vətən üçün ölən döyüşçülərə rəhbərlik etdiyini” və Həşd Şaabi təşkilatın quruluşunu möhkəmləndirərək daha güclü hala gəldiyini qeyd edib.

Falih Feyadın rəhbərlik etdiyi Həşd Şaabi, İraqın dövlət büdcəsindən maliyyələşən və təxminən bir milyon nəfərlik qüvvə ilə ölkənin ən güclü silahlı qüvvələrindən birinə çevrilib İlk olaraq İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılmış olsa da, Həşd Şəbi artıq İraqın siyasi nizamını qorumaq üçün əsas bir alət halına gəlib. Bu xüsusilə 2019-cu ilin ən böyük xalq üsyanını, hökumətə qarşı çıxan gəncləri amansız şəkildə boğmaq üçün Həşdin müdaxiləsindən sonra daha da aydın oldu.

Bu fonda, Həşd Şaabi rəhbərliyinə qarşı gedən mübarizə, həmçinin İraqın siyasi səhnəsində, xüsusilə Şiə Koordinasiya Çərçivəsinin daxilində baş verən güc mübarizəsinin bir hissəsinə çevrilmişdir.

Digər Kateqoriyalar

2025 © Azervoice