Əsas səhifə » Yəməndə oyun bitdi…husilər tarixin qaranlığına gömülür

Yəməndə oyun bitdi…husilər tarixin qaranlığına gömülür

BAKI,AzerVoice

Gözlənildiyi kimi, ABŞ prezidenti Donald Tramp, Yəməndəki Husi qrupunu yenidən "Xarici Terrorçu Təşkilat" kimi qəbul etdi. Daha öncə Bayden İranın bəslədiyi bu qanlı terror təşkilatını terrorçu siyahısından çıxarmışdı.Tramp bu qərarla, İranla ittifaqda olan bu silahlı qrupla daha geniş miqyasda mübarizə aparmaq üçün hüquqi əsas yaradıb.

Qərarın təsiri necə ola bilər?

Husilər Trampın qərarına aydın bir mövqe bildirmədilər, halbuki bu cür qərarın nəticələri olduqca ciddi olacaq. Bu, onların özlərinə qarşı açıqlanan mövqelərə və çağırışlara adətən verdikləri cavablardan fərqli idi. Yəmən hökuməti isə, qərarı "tarixi" adlandırdı Trampın qərarına müsbət reaksiya verdi və Trampa təşəkkür etdi.

"Yəmənlilər terrorçu Husi cinayətlərinin cəzalandırılmasını, sülh və sabitliyin Yəmən və regionda bərqərar olması üçün başlanğıc olaraq Husilərin terrorçu təşkilatı kimi tanınmasını çox gözlədilər”-deyə Yəmən Prezidentlik Şurasının sədri Rəşad Əl-Əlimi "X" platformasında yazıb. Yəmənli siyasi və ictimai elitalar arasında Trampın qərarına qarşı reaksiyalar müxtəlif şəkildə olub.

Bəziləri, ABŞ-ın qərarının, Husilərin Yəməndəki münaqişənin həlli və siyasi sülh yoluna geri dönmələrini çətinləşdirə biləcəyindən narahat oldular. Bu narahatlıq, Səudiyyə Ərəbistanı tərəfindən BMT və digər beynəlxalq vasitəçilərlə müzakirələr əsasında hazırlanmış bir yol xəritəsinin həyata keçirilməsi üçün yeni çətinliklər yarada biləcəyini düşündürür. Həmçinin, bir çox yəmənli və regiondakı digər insanlar, Husilərin sülhə yönəlməsinə artıq inanmadıqlarını bildirirlər, xüsusən də bu qrupun son dövrlərdə Qəzza müharibəsi zamanı göstərdikləri fəaliyyətlərdən sonra, onlar sülh tələblərini gözardı edərək özlərini "regional güc" kimi təqdim etməyə çalışdılar.
Səna Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məcid Əl-Məzəhcinin fikrincə Trampın qərarı Husilərin iqtisadi və siyasi cəhətdən zəiflədilməsi və sonradan hərbi baxımdan çökdürülməsi üçün atılan addımlardan biridir.
Lakin bəzi insanlar, ABŞ-ın Husiləri terrorçu təşkilat olaraq sıralaması ilə yanaşı, bu qrupun fəaliyyət göstərdiyi bölgələrdə deyil, bütün Yəməndəki banklar, şirkətlər və təşkilatlar üzərində ciddi məhdudiyyətlər və sanksiyalar tətbiq edə biləcəyindən narahatdırlar. Bu, Yəməndəki çox sayda insanın, xüsusən xaricdə çalışanların ailələrinin, xaricdən pul köçürmələrinə əsaslanan iqtisadi həyatlarını ciddi şəkildə zədələyə bilər. Bu ailələr, Husilərin nəzarətində olan bölgələrlə əlaqə qurduqları halda, banklar və pul köçürmə şirkətləri tərəfindən terrorçu siyahılara əlavə edilmə riski ilə üzləşə bilərlər.

Bəziləri isə düşünür ki, Trampın qərarının heç bir ciddi təsiri yalnız Husi terrorçularına qarşı silahlı mübarizə ilə effektli olacaq. Lakin bu da bir gerçəkdir ki,ABŞ Yemən xalqının rifahı üçün Tehranın xüms və zıkatla bəslədiyi Husilərlə vuruçmayacaq.

Lakin ehtimal olunur ki, qərb planı və bəlkə də regional əməkdaşlıq əsasında gizli şəkildə bir hərbi və ya iqtisadi tədbir hazırlanır ki, bu da Yəməndəki "Ansarullah" Husi qrupunun hakimiyyətini sona çatdırmaq məqsədi daşıyır. Bir çox beynəlxalq paytaxtlarda, o cümlədən MoskvaPekindəki bəzi təhlilçilər və ekspertlərə görə, Husi qrupunun artıq "keçilməsinə icazə verilən sərhədləri" aşması, onları dünya səviyyəsində real bir problemə çevirmişdir. Bu səbəbdən, qrupun fəaliyyətləri artıq beynəlxalq səviyyədə geniş narahatlıqlara səbəb olub və vəziyyətin gərginliyi artıb.

Bütün bu beynəlxalq və ya xüsusilə Qərb mövqeyindəki dəyişikliklərin arxasında dörd əsas səbəb durur:

Birincisi, Husilərin bir neçə dənizdə (Qırmızı dəniz, Ərəb dənizi, Ədən körfəzi və Bab əl-Məndəb boğazı) beynəlxalq gəmiçilik xəttlərinə etdiyi hücumlar, qlobal iqtisadiyyata, xüsusən də Yəmənə, ciddi ziyan vurmuşdur. Bu hücumlar, Yəmənə yönələn gəmilərin sığorta xərclərini artırmış və Misirdəki Süveyş Kanalı üzərində də böyük təsir yaratmışdır. Misir hökumətinin bəzi rəsmi mənbələrinə görə, kanalın zərəri təxminən yeddi milyard dollar olub.

İkinci səbəb, Husilərin bir neçə dəfə Tel-Əvivə hücum etməsidir. İsraillilər üçün Tel-Əviv, öz ölkələrinin "tacıdır"və bu şəhərin simvollarına qarşı edilən hər hansı bir hücum, İsrail tərəfindən qabul edilə bilməz.

Üçüncü səbəb, Husilərin, bu qədər və ya daha az dərəcədə, Səudiyyə Ərəbistanında yerləşən "Aramco" neft kompleksinə edilən hücumda rol oynaya biləcəyidir. Bu kompleks, dünya neft tədarükü baxımından strateji əhəmiyyət kəsb edir. Husilər, iqtisadi təzyiqlər gücləndikcə, bu obyektə yenidən hücum edəcəkləri ilə açıq şəkildə və ya dolayı yolla təhdidlər edirlər.

Dördüncü səbəb, Husilərin Yəməndəki münaqişənin həlli üçün hər hansı bir siyasi yanaşmaya qarşı davamlı dirənmələridir. Bu, Yəməni yalnız "dünyanın ən böyük humanitar böhranı" ilə üzləşən bir dövlət olmaqla deyil, həm də Husilərin vəhşiləşərək, artıq bölgədəki təhlükəsizlik və sülhü təhdid edən bir qrup halına gəlməsinə səbəb olub. Husi qrupunun təsiri, bölgədəki sabitlik və gərginliklərlə daha da artmaqda davam edir, bu da ümumilikdə daha çox pozulmuş vəziyyətə gətirib çıxara bilər.

Lakin Qərb üçün Husilər yalnız "qanunsuz silahlı bir qrup" deyil, eyni zamanda İrandakı molla rejiminin təlimatları ilə və Tehranın maraqlarını müdafiə edən qrupdur.

Yəməndəki Husilərlə yaxın əlaqələri olmuş yüksək səviyyəli bir yəmənli siyasətçi bildirir ki, "Yəmənin ən geridə qalmış, savadsız və bədbəxt bölgələrindən çıxan bir qrup, balistik raketləri və pilotsuz təyyarələri inkişaf etdirə və ya istifadə edə bilməz." Yəməndən atılan hər bir raket və ya pilotsuz təyyarənin arxasında yalnız və yalnız iranlı hərbi mütəxəssislər və Livan Hizbullahının üzvləri, dayanır.
Bütün bu səbəblər göstərir ki, bu dəfə Husilərlə "oyunun qaydaları" dəyişəcək, hətta bəlkə də oyun artıq bitmişdir!

Bəs sonra…?

Yəmənin coğrafi mövqeyi, geopolitik olaraq dörd strateji dəniz keçidinə nəzarət etməsi baxımından çox önəmlidir. “Yəməndə husi terrorunun bitməsindən sonar nə olacaq?” sualına hələlik açıq və aydın bir cavab yoxdur. Bu mövzu, bəlkə də dünya və region üçün bu mərhələdə hələ ki, önəmli deyil və ya heç nəzərdən keçirilməmişdir.
Yəmən yeni bir Somaliyə çevrilərsə, bu böyük təhlükə yarada bilər. Əgər bu ölkə, hərbi quldurluq və silahlı banditizmlə dolu bir bölgəyə çevrilərməsi bütün dünya üçün real təhlükədir.

Digər bir sual isə, Yəməndə Husilərin hakimiyyətinin sona çatması halında, bu boşluğu dolduracaq siyasi və ya hərbi bir qüvvənin olub-olmamasıdır. Xüsusilə, Yəmən, həm Qərb, həm də İsrail üçün, həm də Cənubi-Qərbi Asiya ilə Şərqi Afrika arasında strateji əhəmiyyətə malik bir bölgədir. Bu bölgə, ən azından Türkiyə və Çin üçün iqtisadi baxımdan önəmlidir, çünki hər iki ölkə burada ümidverici investisiyalar həyata keçirirlər.

Bu suala, müxtəlif ərəb və xarici paytaxtlarda yaşayan yəmənli liderlərə təkrarlanan şəkildə soruşulduqda, cavablar demək olar ki, eyni olur : "İslami yönümlü İslahat Partiyası (İslah), məsuliyyəti təkbaşına götürmək istəmir," və bu partiyanın cəmiyyət tərəfindən qəbul olunmadığını hiss edilir. Beləliklə, bəs "İslah"ın alternativi nədir? Əslində Yəməndə hakimiyyəti və idarəetməni əla alabiləcək liderlər var, lakin onların təkbaşına fəaliyyət göstərməsi mümkün deyil.

Digər Kateqoriyalar

2025 © Azervoice