Əsas səhifə » Moskva, Əsədi Dəməşqə təhvil verəcəkmi?

Moskva, Əsədi Dəməşqə təhvil verəcəkmi?

BAKI, AzerVoice

Rusiyalı nümayəndə heyətinin, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun rəhbərliyi ilə Dəməşqə gəlməsindən təxminən 24 saat sonra yeni rəhbərlik nümayəndə heyətinin yeni rəhbər Əhməd Şəraa və xarici işlər naziri Əsəd Şeybani ilə görüşdüyünü bildirdi. Əsəd rejiminin süqutundan sonra ilk dəfə baş tutan bu səfər, hər iki tərəfin əvvəllər göndərdiyi pozitiv siqnallara və ölkələr arasındakı münasibətlərin tənzimlənməsinə dair istəyə baxmayaraq, bir “qeyri-müəyyənlik” şəraitində keçdi.

Siyasi mənbələr görüşdən əvvəl Suriyanın Dəməşgə gələcək heyətininin nazir səviyyəsində olmasını istəsə də, səfərdən bir gün öncə bəlli olub ki, rus heyəti nazir səviyyəsində deyil, xarici işlər nazirinin müavini səviyyəsində olacaq.

"Təmsil səviyyəsinin aşağı olması yeni rəhbərliyin Rusiya nümayəndə heyətinin səfərini elan etməkdə tərəddüd etməsinin səbəblərindən biri olub. Digər ehtimal isə, xüsusilə Bəşər Əsəd və köməkçilərinin təhvil verilməsi məsələsində razılığın əldə olunmaması ilə bağlıdır".

Yeni Suriya hakimiyyəti Rusiya tərəfi ilə münasibətlərdə "ehtiyatlı" davranır. Bunun səbəbi isə "devrilmiş rejimi dəstəkləyən Rusiyanın roluna qarşı xalqın narazılığı və Rusiyanın Əsədi və ailəsini qəbul etməsi, həmçinin onun Suriya xalqından oğurladığı pullarla ölkəni tərk etməsi"dir.

Rusiya keçid ədalətinin təmin edilməsində əsas rol oynaya bilər, çünki keçmiş rejimin əsas simvollarını təhvil verməklə bu prosesi sürətləndirə bilər. Çünki Rusiya Suriya rejiminin hərbi və təhlükəsizlik aparatının strukturu, eləcə də yüksək rütbəli zabitlərin məsuliyyətləri haqqında ən çox məlumata malik tərəfdir.

Bununla belə, Rusiyanın bu məsələdə asanlıqla razılaşmayacağı ehtimal olunur.Razılığa gəlmək üçün uzunmüddətli danışıqlar tələb oluna bilər, çünki Rusiya iqtisadi fəaliyyətini bərpa etmək və Suriyadakı iki hərbi bazasını qoruyub saxlamaq istəyir.

Əsədin Təhvil Verilməsi...?

Mixail Boqdanov və Əhməd Şəraa arasındakı danışıqlar zamanı Şəraa Əsədin təhvil verilməsini tələb edib. Danışıqlar nəticəsində müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu xəbəri yeni rəhbərliyə yaxın media nümayəndəsi Məhəmməd Faysal da təsdiqləyib. O bildirib ki, Şəraa Rusiya nümayəndə heyətindən Bəşər Əsəd və onun yaxın köməkçilərinin təhvil verilməsini tələb edib.

Hər iki tərəfin rəsmi açıqlamaları isə "Əsədin təhvil verilməsi" məsələsinə açıq şəkildə toxunmaqdan çəkinilib. Suriya dövlət informasiya agentliyi (SANA) bildirib ki, Suriya və Rusiya tərəfləri “Əsəd rejiminin törətdiyi qanlı müharibə sonrası, keçid höküm mexanizmləri" haqqında müzakirələr aparıblar.

Həmçinin, SANA qeyd edib ki, "Suriya yeni rəhbərliyi bütün maraqlı tərəflərlə prinsipial şəkildə davranmaq,ədalət, ləyaqət və suverenliyə əsaslanan bir gələcək qurmaq öhdəliyini vurğulayıb". Agentlik əlavə edib ki, "ikitərəfli münasibətlərin bərpası keçmişdə buraxılan səhvləri düzəltməyə, Suriya xalqının iradəsinə hörmət etməyə və onun maraqlarına xidmət etməlidir".

Bununla yanaşı, Mixail Boqdanov "RT Arabic" telekanalına verdiyi müsahibəsində yeni rəhbərliyin " Əsədin təhvil verilməsi" tələbinə toxunmayıb və "keçid ədaləti mexanizmləri" məsələsini müzakirə etmədiyini qeyd edib. Görüşün 3 saatdan çox davam etdiyini və bu müddətdə Suriya xarici işlər naziri Əsəd Şeybani, səhiyyə naziri Mahir Şəraa və Rusiyanın müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyini bildirib. Boqdanov görüşü "konstruktiv və praktiki" adlandırıb və əlavə edib ki, son illərdə Suriyada baş verən hadisələr və ölkənin rəhbərliyindəki dəyişikliklər "iki ölkə arasındakı münasibətlərin təbiətini dəyişməyəcək". O həmçinin Rusiyanın "həmişə yardım etməyə və müxtəlif iqtisadi və sosial problemlərin həllində kömək etməyə hazır olduğunu" qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice