BAKI,AzerVoice
İran prezidenti Məsud Pezeşkian, ABŞ ilə qarşıdurmanı idarə etməkdə Çin nümunəsindən ilham almağa çağırıb. Eyni zamanda, Ali rəhbər Əli Xameneyinin "İnqilab Keşikçiləri"ndəki nümayəndəsi, Donald Tramp administrasiyası ilə birbaşa danışıqlar aparmağı təklif edən şəxslərin hakimiyət orqanlarına zıması haqqında ciddi xəbərdarlıq edib.
Pezeşkian, İsrail istisna olmaqla, bütün ölkələrlə dinc yanaşmanın tərəfdarı olduğunu bildirib. O, "sülh dilini qəbul etməyi, hər kəslə münaqişələrdən çəkinməyi" vurğulayıb və İsraili istisna edərək belə deyib: "Dostlarla çevik, düşmənlərlə ehtiyatlı davranmaq lazımdır." Bu fikirlər "Telegram" şəbəkəsində yayılan videolarda yer alıb.
"Çin, böyüklüyünə baxmayaraq və ABŞ-ı öz əsas düşməni hesab
etdiyini açıq şəkildə bəyan etməsinə rəğmən, ABŞ-ın təhdidlərinə
çevikliklə yanaşır, çünki maksimum fayda əldə etməyə çalışır. Biz
özümüzü idarə etmirik, qonşularımızı və dünyanı da nəzərə
almırıq"-deyə ABŞ ilə gərgin münasibətlərə toxunan Pezeşkian
deyib.
O, çıxışının bir hissəsində Ali rəhbər Əli Xameneinin tövsiyələrinə
istinad edib.
"Ali rəhbər deyir ki, siyasət mənafe, ləyaqət və müdriklik prinsiplərinə əsaslanmalıdır və İsrail istisna olmaqla hər kəslə əlaqədə olmalıyıq."- Pezeşkian deyib.
Pezeşkian administrasiyasının bəzi rəsmiləri, ABŞ ilə birbaşa danışıqlara çağırışlarına görə mühafizəkarlar tərəfindən tənqid olunub.
Bu ayın əvvəlində Pezeşkian, İranın ABŞ ilə dolayı danışıqlara hazır olduğunu bildirmişdi. ABŞ-ın "NBC News" telekanalına müsahibəsində o, İranın "prinsip etibarilə Trampın ikinci administrasiyası ilə dialoqa açıq" olduğunu deyib.
Lakin o, Trampın birinci administrasiyası dövründə tətbiq etdiyi "maksimum təzyiq" strategiyasına görə birbaşa və açıq danışıqlara şübhə ilə yanaşıb. O deyib: "Problem dialoqda deyil, bu dialoqun nəticəsində yaranan öhdəliklərdədir." O, təəssüflə əlavə edib ki, "qarşı tərəf verdiyi vədləri yerinə yetirməyib və öhdəliklərini yerinə yetirməyib."
Eyni müsahibədə Pezeşkian, Suriya qəssabı Qasim Süleymaninin ABŞ hava hücumunda öldürülməsinə görə Trampa qarşı sui-qəsd planlarının olduğunu inkar edib. Bu açıqlama, "İnqilab Keşikçiləri" dairələrində narazılığa səbəb olub.
İran, ABŞ prezidenti Donald Trampın, xüsusilə də İranın nüvə
proqramı silah istehsalına yaxın zənginləşdirmə səviyyələrinə
çatdığı bir vaxtda, "maksimum təzyiq" siyasətinə qayıtmasından
narahatdır.
Trampın Tehrana yanaşma tərzi ilə bağlı suallar hələ də qalır,
çünki hər iki tərəf qarşıdurma və ya diplomatik anlaşma barədə
qarışıq siqnallar göndərir.
İranın ahıl yaşlı Ali rəhbərin ofisinin bir media rəsmisi, ABŞ ilə
danışıqlar çağırışlarını "bütün dünyaya xəyanət" kimi
qiymətləndirib.
Ali rəhbərin "İnqilab Keşikçiləri"ndəki nümayəndəsi Abdullah Hacı Sadıqi, bu gün "şəxslər və cərəyanlar vasitəsilə sızma" cəhdlərinə qarşı xəbərdarlıq edib.
"Bu gün küfr və müstəmləkəçi ölkələrin rəhbərləri birləşiblər və hibrid və informasiya müharibəsi ilə inqilab cəbhəsinə qarşı çıxırlar. Düşmən qorxu və ümidsizlik yaymaq, idarəetmə sisteminin səmərəsizliyi barədə təsəvvür yaratmaq, eləcə də cəmiyyətdə parçalanma və qütbləşmə yaratmaq üçün çalışır."-deyə Hacı Sadıqi.
Hacı Sadıqi, "düşmənin millət və vilayət arasındakı əlaqəni qırmağa çalışdığını" vurğulayıb və əlavə edib: "İnqilab Mehdi Muntəzərin zühuruna ən böyük hazırlıqdır və vilayətə bağlılıq inqilabın davamlılığını və gələcəyini təmin edən yeganə amildir."