Əsas səhifə » İsveçdə qoyunları yox, dronları “otarırlar”

İsveçdə qoyunları yox, dronları “otarırlar”

BAKI,AzerVoice

İsveç, Rusiya ilə gərginliyin artdığı bir vaxtda ölkənin müdafiəsini gücləndirmək üçün yeni "dron sürüsü texnologiyasını" sınaqdan keçirməyə hazırlaşır. AzerVoice xəbər verir ki, skandinaviya ölkəsi dronları "real döyüş sursatlı əməliyyat təlimi" adlandırdığı Arctic Strike təlimində sınaqdan keçirəcək.

İsveçin Müdafiə Naziri Pal Yonson, yeni texnologiya ilə dronların tapşırıqları avtonom şəkildə yerinə yetirməsini mümkün etdiyini bildirib.

"Normalda etdiyimizdən daha sürətli şəkildə daha güclü bir müdafiə sistemi qurmaq üçün bəzi risklər etməli oluruq”-deyə Yonson deyib.

ABŞ Müdafiə Nazirliyinin keçmiş analiz mütəxəssisi Marsel Plixta, sınaqdan keşirilən “dron sürülərinin” adətən 50 vahiddən ibarət olduğunu və bu texnologiyanın dünyadakı ordular üçün "növbəti addım" kimi istifadə ediləcəyini bildirib.

Plixta qeyd edib ki, ABŞ, Çin və Rusiya da daxil olmaqla ən inkişaf etmiş ordular bu texnologiyanı minaların yerləşdirilməsindən tutmuş hədəflərin müəyyən edilməsinə qədər müxtəlif məqsədlər üçün sınaqdan keçiriblər.

“Dron sürüsü” konsepti bir neçə ildir mövcuddur, lakin bu texnologiya son 12 ayda müdafiə avadanlıqları qrupu Saab və İsveç ordusu tərəfindən inkişaf etdirilib.

İsveç, Rusiyanın Ukrayna ilə müharibəsi nəticəsində 2024-cü ilin mart ayında NATO-ya qoşulmuşdu və 2024-cü ildə ÜDM-in 2,2 faizini təşkil edən müdafiə xərclərini 2028-ci ildə 2,6 faizə qaldırmağı planlaşdırır.

2024-cü ildə Norveç və İsveç; ABŞ, Birləşmiş Krallıq və Niderlandın da daxil olduğu daha geniş bir əməliyyat çərçivəsində Arctic Strike təlimini həyata keçirmək üçün qüvvələrini birləşdirmişdi.


Finlandiyanın, Norveçin və İsveçin şimal bölgələrində təxminən iki həftə davam edən təlimlərdə 13 ölkədən 20 mindən çox əsgər iştirak etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice