Əsas səhifə » Tehran Ankaranın tövsiyyələrini qulaqardı edir

Tehran Ankaranın tövsiyyələrini qulaqardı edir

Bakı. AzerVoice

İranda Türkiyənin xarici siyasətinə və regional məsələlərin həllinə qarşı tənqid və kəskin hücumlar kampaniyası Ankaranın rəsmi susqunluğu fonunda genişlənir. Bu məsələdə Ankara siyasi ədəbini qorusa da görünən odur ki, bundna feyz alan mollalar Türkiyəni təhdiddə daha irəli gedirlər.

Bu barədə AzerVoice Arab.AZ-a istinadən xəbər verir.

Türkiyə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İranın dini qurumlarının ittihamları ilə üzləşib. Belə ki,qaniçən Əsəd rejiminə hər cür dəstək verərərək onminlərlə insanın ölümünə səbəb olan Tehran və molla rejimi Ankaranı İsrail və ABŞ-la əlbir olmaqda ittiham edir.

İranın ali dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin yazdığı və cümə günü Kayhan qəzetində dərc olunan məqalədə Türkiyə-İran məslələrinə toxunulub.

“Bəzi türk rəsmiləri İrana tövsiyə ediblər ki, əgər İslam Respublikası Ankaraya qarşı bəzi addımlar atacaqsa, bu İsrailin qəzəbinə səbəb ola bilər”- deyə Əli Əkbər Vilayəti yazıb.

O, Türkiyənin tövsiyələrini “uğursuz” adlandırıb.

“Türk siyasətçiləri bilirlər və onlar da açıq şəkildə görürlər ki, İran illərdir uşaqları öldürən qəddar sionist varlığa qarşı mübarizə aparıb. Sionistlərin (İsrailin) süqutu dünyanın xeyrinədir”- deyə Vilayəti iddia edib.

Vilayəti onu da bildirib ki, region dövlətləri İranın gücünü özləri ilə müqayisə etməsinlər, Tehran heç vaxt sionist varlıqla (İsrail) dialoqa girməyəcək.

“Mübarizə şəhid İzzəddin əl-Qəssamın dövründən başlayıb və böyük və cəsur ərəb lideri Camal Əbdül Nasirin əli ilə davam edib. (Maraqlıdır ki, İran bu vaxta qədər milliyətçiliyi tənqid edirdi). 2023-cü il oktyabrın 7-də başlayan qəhrəmancasına döyüş HƏMAS və İslami Cihad hərəkatlarının döyüşçülərinin əli ilə 14 aydır davam edən ciddi, misli görünməmiş müqavimətə çevrilib. (Vilayəti nədənsə bu savaşda 50 minə yaxın dinc insanın ölməsini gözardı edir).”-deyib.

Bu vaxta qədər İsrailə “gözün-üstündə qaşın var” deyə bilməyən Suriya ilə bağlı Vilayəti, onun son 50 ildə müqavimətin bir parçası olduğunu bildirib.

“Türkiyə rəsmilərinə İrana məsləhət vermək əvəzinə tutduqları yoldan qayıtmalarını tövsiyə edirəm. Türkiyə kimi on milyonlarla müsəlmanın yaşadığı bir ölkənin İslam dünyası və müsəlman xalqlarının yanında olmaq əvəzinə, uşaqları öldürən qəddar sionist varlıqla uzlaşma yolunda qarşıdakı döyüşdə dayanması yaraşmaz.”-deyə o Ankaranı ittiahm edib.

Eyni kontekstdə Ayətullah Kazım Seddiqi Tehranda cümə namazı xütbəsində deyib: “Qonşu ölkələrdən biri (Türkiyə nəzərdə tutulur) əlini amerikalıların qazanına qoyub və uzun müddət İdlibdə qruplara təlim keçiblər. Bunun acı nəticəsi də, Bəşşar Əsədin devrilməsi oldu”.

İranın ali dini lideri Əli Xameneyi dekabrın 11-də Dəməşqdə Əsəd hakimiyyətinin devrilməsindən sonra ilk çıxışında Suriyada baş verənlərə görə Amerika və İsraili günahlandırıb və Türkiyənin Suriyada rejimin dəyişməsindəki rolunu tənqid edib.

“Suriya ilə qonşu olan hökumət Suriyada baş verənlərdə açıq-aşkar rol oynayıb və hələ də oynayır, lakin əsl sui-qəsd qüvvəsi və əsas komanda mərkəzi Amerikada və sionist varlıqdadır. Şübhələrə yer qoymayan sübutlarımız var.”-deyə ahıl yaşlı Xameneyi deyib.

Xamneyinin açıqlamaları Türkiyənin ticarət naziri Ömər Bolatın Türkiyə-İran Müştərək İqtisadiyyat Komitəsinin 29-cu iclasında iştirak etmək üçün Tehranda olduğu bir vaxta təsadüf edib.

Tehrana səfəri zamanı İran prezidenti Məsud Pezeşkian ilə görüşən Bolat, qarşılıqlı ticarət həcminin 30 milyard dollara çatdırılması, sərhəd ticarət mərkəzlərinin inkişaf etdirilməsi, yeni sərhəd qapılarının açılması kimi mövzuları müzakirə etdiklərini bildirib.

Tehranda Türkiyəyə qarşı kəskin bəyanatlar və hücumların artması fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 19-da Qahirədə G8 sammiti çərçivəsində İran prezidenti ilə də görüşüb.

İki prezidentin müzakirələrində Suriyadakı vəziyyət müzakirə edilib və onlar Suriyada sabitliyin əldə edilməsinin bütün regionun təhlükəsizliyinə xidmət etdiyini vurğulayıblar.

Digər Kateqoriyalar

2024 © Azervoice