Əsas səhifə » Əsədə susan ələviləri indi kim qızışdırır

Əsədə susan ələviləri indi kim qızışdırır

DƏMƏŞQ,AzerVoice

Suriya İnsan Haqları Müşahidə Qrupu Humsda bir nümayişçinin öldürüldüyünü bildirən bir videoçarxın yayılmasından sonra dünən (çərşənbə günü) bir sıra şəhərlərdə minlərlə suriyalı ələvi nümayiş keçirdiyini bildirib.
Tartus vilayətində (qərbdə) təhlükəsizlik qüvvələrinin Əsəd dövründə Saydnaya həbsxanasında vəzifə tutan hərbçini həbs etməyə cəhd etməsi nəticəsində baş verən qarşıdurmalarda 14 nəfər həlak olub.

Heyət Təhrir əş-Şamın rəhbərlik etdiyi müxalifət koalisiyası dekabrın 8-də 11 gün davam edən hücumu nəticəsində Suriya prezidentini devirdikdən və Dəməşqə daxil olduqdan sonra ələvilər ilk dəfə etiraz aksiyası keçirib. Bu vaxta qədər isə ələvilərin İranın dəstklədiyi rejimə qarşı bir dəfə də olsa etiraz aksiyası keçirdiyi qeydə alınmayıb.

Şahidlər bildirirlər ki, minlərlə suriyalı ələvi Aralıq dənizi sahillərində bu azlığın qalaları olan Tartus, Latakiya və Cəblədə küçələrə çıxıb.Cəblədəki səlahiyyətlilər də komendant saatı tətbiq olunduğunu açıqlayıb.

Suriyada hadisələri izləyən bəzi siyasi analitiklər isə, etirazlara səbəb çərşənbə günü sosial mediada ölkənin şimalında Hələb şəhərindəki Maysloun bölgəsində Əbu Abdullah Əl-Hüseyn Əl-Xəsibinin türbəsinə “silahlı hücumu” əks etdirən videonun yayılması olduğunu bildirirlər.

Suriya Daxili İşlər Nazirliyi videonun “köhnə olduğunu və şəhərin azad edilməsi dövrünə aid olduğunu” vurğulayaraq, hadisənin “naməlum qruplar tərəfindən həyata keçirildiyini” qeyd edib.

Nazirlik verdiyi açıqlamada videonun yenidən yayımlanmasında əsas məqsədin həssas mərhələdə Suriya xalqı arasında nifaq salmaq olduğu barədə xəbərdarlıq edib.
Ələvilərin bu baxta qəədər susaraq indi etiraz aksiyası etməsinin arxasında başqa- xarici güclərin olduğu da ehtimal edilir. Xüsusən də bu ehtimal , İranın ahıl yaşda olan Ali DiniLiderinin son bəyanatlarından sonrada daha real görünməyə başlayıb.

Digər Kateqoriyalar

2024 © Azervoice