Bakı. AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankara və
Beyrutun “Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada birgə
işləmək barədə razılığa gəldiyini” təsdiqləyib. Ərdoğan Livanın baş
naziri Nəcib Miqati ilə birgə keçirdiyi mətbuat konfransında “İndi
Suriyada yeni dövr başlayıb. Biz Suriyanın mühüm qonşuları kimi
birlikdə işləməli olduğumuza razıyıq"-deyib.
İkitərəfli görüşə getməzdən əvvəl prezident Ərdoğan tərəfindən
qəbul edilən Miqati ,şərəfinə paytaxt Ankaradakı prezident
iqamətgahında rəsmi qəbul mərasimi keçirilib, ardınca nazirlər
səviyyəsində geniş tərkibdə görüş olub, Livan və Türkiyə nazirlər
ikitərəfli işgüzar görüşlər də keçiriblər.
Bu barədə AzerVoice Arab.AZ-a istinadən xəbər verir.
Ərdoğan və Miqati birgə mətbuat konfransı keçirən Türkiyə prezidenti “Livan və Fələstinin bu ili İsrailin təhdidləri və hücumları ilə başa vurduğunu” qeyd edərək, “Livanın təhlükəsizliyini regionun təhlükəsizliyi və sabitliyindən ayıra bilmərik” deyib.
Hazırkı müvəqqəti baş nazir Nəcib Miqati siyasi manevrlərdə mahir olması, “dəstəyin haradan gəldiyini” bilməsi, heç bir partiya ilə “iç-icə” olmaması heç vaxt hakimiyyətdəki faktiki güc mərkəzlərindən uzaqlaşmaması ilə məşhurdur. O Livanda bir nömrəli siyasətçidir.
Ərdoğan Livan ilə əlaqələrdən danışıb və deyib ki, “İki ölkə
arasında bir neçə əməkdaşlıq sazişi var və bu görüşdə əməkdaşlığın
artırılması və Türkiyə-Livan əlaqələrinin dərinləşdirilməsi üçün
atılacaq gələcək addımları müzakirə etdik və Livanda sabitliyi
pozmaq məqsədi daşıyan hər cür cəhdə qarşı çıxacağıq. Biz Suriyada
baş verənləri müzakirə etdik və təsdiq edirik ki, yeni mərhələ
başlayıb və biz Suriyada sabitliyin zəruriliyi ilə razıyıq və bu
regionda sabitlik deməkdir. Biz 13 il ərzində Suriyadakı
qeyri-sabitlik vəziyyətindən əziyyət çəkdik, bölgə də bu məsələdən
əziyyət çəkdi və Türkiyə qapılarını açıb suriyalıları
qucaqladı,onlara ev sahibliyi etdi. Prioritetlərimizdən biri də
Suriyada sabitliyə nail olmaq və növbəti mərhələdə onu normal
vəziyyətə salmaqdır”
Ərdoğan Suriyanın suverenliyi və ərazi bütövlüyünü vurğulayaraq
deyib: “Suriya torpaqlarının bölünməsinə icazə verməyəcəyik və bunu
dünya qarşısında dəfələrlə vurğulamışıq və separatçı təşkilatların
Suriyada özlərinə yer tapmasına imkan verməyəcəyik.
Livanın baş naziri Nəcib Miqati Ərdoğana xitabən deyib: “Livanın
keçdiyi hər dönüş nöqtəsində siz bütün səviyyələrdə dəstək
olacaqsınız. Zati-aliləri, ölkəmizə və xalqımıza qarşı Sizdə hiss
etdiyimiz qardaşlıq ruhunu yüksək qiymətləndiririk”
Miqati sözlərinə belə davam edib: “Ölkəmiz İsrailin ona qarşı
təcavüzü nəticəsində çox əziyyət çəkib və indi də əziyyət
çəkir”