Əsas səhifə » Əsədin evini nə yıxdı?

Əsədin evini nə yıxdı?

Bakı, AzerVoice\ArabAz

Suriyada müxalifət qrupları iki həftədən az bir müddətdə böyük şəhərlərin hökumətin əlindən alınmasının şahidi olan hücumundan sonra prezident Bəşər Əsədi devirdi və bazar günü paytaxt Dəməşqdən qaçdı.

Century Beynəlxalq Araşdırmalar Mərkəzindən tədqiqatçı Aaron Lund bu həftə Agence France-Presse-ə deyib ki, döyüşçülərin uğurunda “əsas amil” “rejimin zəifliyi və Əsədə beynəlxalq yardımın azalması”dır.

“Heyət Təhrir əş-Şamın (HTŞ) lideri Əbu Məhəmməd əl-Culaninin “system” quraraq rəhbərliyi altında müxalifət hərəkatının böyük bir hissəsini cəmləşdirmək üçün gördüyü iş də böyük rol oynayıb”, – deyə o bildirib.

Suriyada müharibə 2011-ci ildə hökumət əleyhinə nümayişlərin yatırılması ilə başladı. Son dörd il ərzində HTŞ və müttəfiq qruplaşmalar noyabrın 27-də hücuma başlayana qədər cəbhə xəttləri əsasən sabit olaraq qaldı.

Bəşər Əsədin bu sürətlə devrilməsinin səbəbləri nələrdir?

Tükənmiş ordu

13 ildən artıq davam edən qarşıdurmada Suriya ordusu yarım milyondan çox insanın həyatına son qoyan, ölkənin iqtisadiyyatını, infrastrukturunu və sənayesini məhv edən müharibədə tükənib.Ordudadn yayınma və qopmalar 300 min əsgərdən ibarət gücünün təxminən yarısını itirməsinə səbəb olub.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, ordu ötən günlər ərzində silahlı müxalifətə heç bir müqavimət göstərməyib. 2011-ci ildən bəri Suriya ordusu canlı qüvvə, texnika və mənəvi cəhətdən tükənmə ilə üzləşib. Az maaş alan əsgərlər bunu kompensasiya etmək üçün davamlı rüşvət almalq ayanaşı, mülki insanları da qarət edirdilər. Rüşvət müqabilində bir çox gənclər də məcburi hərbi xidmətdən yayınıblar.
Təxminən bir həftə əvvəl Əsəd hərbi xidmətdə olan əsgərlərin maaşlarının 50 faiz artırılmasına göstəriş verdi, lakin Suriya iqtisadiyyatının pisləşməsi ilə əsgərlərin maaşları dəyərsiz qaldı.

Müttəfiqlər onu tərk etdilər

Əsəd iki əsas müttəfiqi olan Rusiya və İranın hərbi, siyasi və diplomatik dəstəyinə arxalanırdı.

Onların köməyi ilə o, 2011-ci ildə münaqişənin başlamasından sonra itirdiyi ərazilərin böyük hissəsini geri ala bildi və 2015-ci ildə Rusiyanın hava müdaxiləsi müharibənin gedişatını Əsədin xeyrinə dəyişdi.

Lakin fraksiyaların keçən ay hücumu Rusiyanın hələ də Ukraynaya qarşı müharibəsinə qərq olduğu vaxta təsadüf edib və onun hava zərbələri bu dəfə Hələb, Həma, Homs kimi böyük şəhərlər də daxil olmaqla, geniş əraziləri işğal edən döyüşçüləri dəf edə bilmədi.

İrana gəlincə, o, həmişə Suriya ordusuna hərbi müşavirlər göndərib və yerlərdə hökumətyönlü silahlı qruplara dəstək verib.

Amma İran və onunla müttəfiq qruplar, xüsusən də Livan Hizbullahı ötən il ərzində Qəzza zolağında, daha sonra İsraillə Livanda İranın dəstəklədiyi Hizbullah arasında gedən müharibə fonunda İsrailin böyük zərbələrinə məruz qalıb.

Hizbullah daha zəiflədi

Livan Hizbullahı 2013-cü ildən Dəməşqə orduya dəstək üçün minlərlə döyüşçünü sərhəddən keçirəndən bəri quruda dəstək verir.Bununla belə, Suriya müxalifət qrupları hücuma keçən ay, İsrail və Hizbullah arasında atəşkəsin bir ildən çox davam edən gərginlikdən sonra qüvvəyə mindiyi gün başlayıb.

Hizbullah qonşu ölkədə mövcudluğunu zəiflədən İsraillə üzləşmək üçün Suriyadan bir çox döyüşçüsünü Livanın cənubuna köçürüb.

“Hizbullah”a yaxın mənbə “Frans Press” agentliyinə bildirib ki, Hizbullahın yüzlərlə döyüşçüsü İsraillə müharibədə həlak olub, lakin heç bir konkret rəqəm göstərilməyib.

Eyni şəkildə, Hizbullahın baş katibi Həsən Nəsrullah və onun ehtimal edilən varisi Haşim Safi əd-Din də daxil olmaqla, İsraillə müharibə zamanı kütləvi hava zərbələri nəticəsində bir çox Hizbullah liderləri öldürüldü.

Bazar günü Hizbullaha yaxın başqa bir mənbə bildirib ki, Hizb qüvvələrini Dəməşq ətrafı və sərhədə yaxın Homs bölgəsindən geri çəkir.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, Əsədin devrilməsi “bizim Suriya prezidentinin əsas dəstəkçiləri olan İran və Hizbullaha yönəltdiyimiz zərbələrin birbaşa nəticəsidir”.

Digər Kateqoriyalar

2025 © Azervoice