Əsas səhifə » Afrikadan qovulan Makron Səudiyyədə nə axtarır ?

Afrikadan qovulan Makron Səudiyyədə nə axtarır ?

Bakı, AzerVoice / ArabAZ /

Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makronun vəliəhd və baş nazir şahzadə Məhəmməd bin Salmanın dəvətinə cavab olaraq 2024-cü ilin dekabrın 2-dən 4-ə qədər Səudiyyə Ərəbistanına “dövlət səfəri” edəcəyini açıqlayıb.

“Dövlət səfəri” səfərlər arasında ən yüksək protokoldur. Fransa Prezident Sarayı “hər iki tərəfə Fransa və Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığı gücləndirmək üçün bir fürsət təmin edəcəyini” vəd edib.

Bu səfərin elanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə Fransa prezidenti arasında baş tutan telefon danışığından bir gün sonraya təsadüf edir və bu telefon danışığında tərəflər regional vəziyyti, ikitərəfli danışıqlardan əlavə təhlükəsizlik və sabitliyə nail olmaq üçün göstərilən səyləri müzakirə ediblər.

Son illər Ər-Riyad və Paris arasında bütün səviyyələrdə qarşılıqlı səfərlər, birgə layihələrlə artıb ki, bu da hər iki tərəfin aralarında “müstəsna və strateji tərəfdaşlıq” adlandırdıqları şey üçün maddi məzmun təmin etmək istəyini əks etdirir.

Şahzadə Məhəmməd bin Salman keçən ilin iyun ayında Fransaya uzunmüddətli səfər edib.Yelisey Sarayından verilən açıqlamda səfər zamanı, ikitərəfli münasibətləri gücləndirməklə yanaşı, beynəlxalq məsələlər, regional sabitlik problemi və eləcədə Ukraynadakı müharibə və onun dünyaya təsirləri müzakirə edilib.

Öz növbəsində, Fransa prezidenti 2017-ci ildə və 2021-cü ildə Səudiyyə Ərəbistanına səfər edib.

Digər Kateqoriyalar

2024 © Azervoice