Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Eyni Sosial Araşdırmalar Mərkəzinin eksperti
…Yenə də ərəblərdən yazıram. Çünki ərəblər onların müasir mədəniyyəti, düçüncə dünyası və mütəfəkkirləri haqqında demək olar ki, məlumatımız yoxdur.
Bizim bir qismimiz elə bilirik ki, ərəblər tam etinasız, hansı isə fikir istehsal edə bilməyən, orta əsrlərdə qalmış bit topluluqdur. Elədirmi?
Məsələyə insafən yanaşsaq görərik ki, əsla elə deyildir. XX əsrin anti-inperialist düşüncə və hərəkatlarında ərəb ədiblərinin, düşüncə insanlarının rolu olduqca böyükdür. Məsələ, onlardan biri Malik Nəbidir.
Malik Nəbi Fransada təhsil almış bir əlcəzairlidir. Həyatını ərəblər və müsəlmanlar arasında anti imperialist düşüncələrin yayılmasına, xalqının Fransa zülmündən qurtarmasına, ümmətin və ərəblərin intellektual, mədəni, ictimai-siyasi problemlərinin nizamlanmasına həsr edindir.
Ümumiyyətlə, 1940-cı illərdən 1960-cı illərə qədər ərəb dünyasında hərəkatlar və düşüncələr müstəvisində bir anti imperializm rüzgarı əsmişdir.
Yenə baxaq Fələstinə. Fələstin bütün dünyada, xüsusi ilə 1960-1990-cı illərdə bütün anti imperialistlərin fikir qibləsi olmuşdur. Xüsusi ilə 1982-1985-ci illər Livanda İsraillə FAT savaşı zamanı Yasir Ərəfatın nüfuzu artmışdır. O, məşhurluqda heç də Çeqevaradan geri qalmırdı. Ərəblər bu və ya digər şəkildə dünyada anti imperialist fəaliyyətlərin katalizatoru olurdular. Mövqeləri və siysətləri ziddiyyətli olsa da ərəblər dünyaya Səddam Hüseyn, Qəddafi kimi liderlər vermiş bir xalqdır. Yenə deyirəm bu liderlərin kimlikləri, siyasətləri, yanlışlıqları və zülmləri də olmuşdur. Amma şəxsiyyətə bir tərəfli baxılmaz ki. Ona görə də, əslində biz ərəbləri tanımaq üçün onların fikir və fəlsəfə dünyasını tanımalıyıq.