Əsas səhifə » Hizbullahın müttəfiqləri ondan üz döndərir

Hizbullahın müttəfiqləri ondan üz döndərir

Bakı, AzerVoice

Livanda sentyabrın 17-də peycer partlayışı baş verdi və bu insident bir neçə saniyə ərzində Hizbullaha yaranma tarixindən bu günə qədər bəlkə də ən böyük şoku yaşatdı.

AzerVoice ArabAZ - a istinadən xəbər verir ki, Ertəsi gün baş verən başqa bir partlayış da İCOM radioqəbuledicilə partladı. Üçüncü gün isə İsrail aviasiyası Beyrutun cənub ətrafında yerləşən binanı bombaladı. Nəticədə ordu elitasının ən mühüm bölməsi sayılan və Hizbullaha bağlı “Radvan” hərbi hissəsinin rəhbərlərinin böyük əksəriyyəti həlak olub.

Bir neçə gün sonra, sentyabrın 27-də Hizbullahın baş katibi Həsən Nəsrullah bir sıra əsas liderlərlə birlikdə cənub ətrafındakı qərargahında öldürüldü

İsrail Hizbullahın “Qırmızı xətlərini” pozur

Hizbullah üçün ağır və sarsıdıcı olan bu hadisələrdən əvvəl ölkənin cənubunda və qərbində partiyanın 550-dən çox sahə liderləri və döyüşçüləri məhv edildi. Beyrutun cənub ətrafının mərkəzində Hizbullahın ilk hərbi komandiri Fuad Şükrün öldürülməsi ilə İsrail Hizbullahın “qırmızı xətlərini” pozmağa başladı. Daha sonra isə bəlli oldu ki, İsrail Hizbullaha qarşı ciddi müharibə aparmaq qərarına gəldi. İsrailin Livanda Hizbullaha qarşı hərbi uğurları Livan daxilində Hizbullaha qarşı ciddi etirazların olmasına səbəb oldu. Hizbullah heç kimdən və xüsusən də ölkə siyatmilərindən gözləmədiyi eirazla qarşılaşdı.

Livan daxilində qarşıdırmanın genişlənməsi siyasətdə “Daimi dostluq və daimi düşmənçilik yoxdur, daimi maraqlar var” deyən qızıl qaydanı bir daha xatırlatdı.

Son zamanlar Hizbullahdan xalqın uzaqlaşmasının ən qabarıq təzahürləri şiə mühitinin xaricindəki ən mühüm tarixi müttəfiqi, Azad Vətənpərvər Hərəkatının rəhbəri Cibran Bassil tərəfindən bir həftə əvvəl Əl-Ərəbiyyəyə verdiyi müsahibədə əksini tapdı.

“Biz Hizbullahla ittifaqda olan Azad Vətənpərvərlik Hərəkatı deyilik” dedi.
O, daha da irəli gedərək,: “Hizbullah zəiflədi və hərbi gücünü ortaya qoya bilmədi, bütün Livan isə İsrailin hücumlarına məruz qaldı”. Bu bəyanat 2006-cı ilin fevral ayından etibarən “Hizbullah” ilə güclü müttəfiqlik əlaqələri olan siyasi komandanın açıq bəyanatı hesab olunurdu və yuxarıda adı çəkilən hərəkat “Hizbullaha” dəstək verməklə, istər seçkilərdə, istərsə də hakimiyyətdə qazanc əldə etmək üçün, 2014 və 2016-cı illər arasında prezident seçkilərini pozmağa çalışan bir siyasi qüvvənin bəyanatı idi.

Miqatinin İrana, yoxsa “Hizbullaha” qarşı “qiyamı”?

Hazırkı müvəqqəti baş nazir Nəcib Miqati siyasi manevrlərdə mahir olması, “dəstəyin haradan gəldiyini” bilməsi, heç bir partiya ilə “iç-icə” olmaması heç vaxt hakimiyyətdəki faktiki güc mərkəzlərindən uzaqlaşmaması ilə məşhurdur. O Livanda bir nömrəli siyasətçidir.

O, 1990-cı illərdə Suriya rejimindən olan bir komandanın sponsorluğu ilə prezident Rafik Həriri ilə rəqabət aparan Livan sünni komandasının bir hissəsi olmağa hazırlaşaraq siyasi həyata qədəm qoyub.

Suriyanın dəstəyi ilə bir neçə dəfə nazir vəzifəsinə təyin olundu, sonra 2005-ci ildə Həririnin öldürülməsindən sonra Suriya və Hizbullahı sakitləşdirmək üçün onun missiyası birinci olan müvəqqəti hökumətin başçısı olması üçün razılıq əldə edildi.
2011-ci ildə o, prezident Saad Həriri hökumətinə qarşı Hizbullah və onun hökumətdəki və hakimiyyətdən kənardakı müttəfiqləri tərəfindən həyata keçirilən çevrilişin bir hissəsi olub.
Bundan sonra ona Hizbullahın üstünlük təşkil etdiyi hökumət adlandırılan bir hökumət qurmaq tapşırığı verildi. 2021-ci ildə o müvəqqəti də olsa baş nazir oldu.

2023-cü il oktyabrın 8-də HƏMAS hərəkatını dəstəkləyən Hizbullahın İsrailə qarşı “dəstək” müharibəsinə başlaması ilə Nəcib Miqati Hizbullahla ittifaqın qaydalarından kənara çıxmadı.

Lakin sentyabrın 17-dən 27-dək olan zərbələrdən və İsrailin Livanın hər yerində Hizbullaha qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra, Miqatinin davranışında dramatik dəyişiklik baş verdi.

Miqati İran Şura Şurasının sədri Məhəmməd Baqir Qalibafın İsraillə sülh haqqında bəyanatına cavab olaraq,“Livan işlərinə qalmaqallı müdaxilə və Livan üzərində qəbuledilməz qəyyumluq yaratmaq cəhdi bizi təəccübləndirir…” –dedi.

Bu ifadə Miqatinin üslubunda, xüsusən də Hizbullahla münasibətlərinin tarixi ilə bağlı üslubunda onun şəxsiyyəti ilə ziddiyyət təşkil edirdi. Miqati bu cəsarətli bəyantdan sonra açıqlama verərək, “İran Livana olan sevgisini azaltsa, daha yaxşı olar.” –dedi.

Bəzi ekspertlər hesab edir ki, Miqati İrana qarşı üsyanı ilə birbaşa Hizbullahla toqquşmadan özünü uzaqlaşdırmaq istəyib. Lakin İrana qarşı tənqidi mövqe onun Livandakı siyasi karyerasına töhfə vermiş köhnə müttəfiqi ilə yollarını ayırdığını elan etməyə bərabərdir.

Digər Kateqoriyalar

2024 © Azervoice