Bakı, AzerVoice
Ərəb dünyasını bilmıyən çətin ki, yəmənlilərin gündəlik həyatının bir parçası olan “qat” (Yəmən otu) haqqında xəbərdar olsunlar.
AzerVoice ArabAz-a istinadən xəbər verir ki, buna görə də ilk öncə bu bitki haqqında məlumat vermək istərdik.
Qeyd edək ki, “qat” dünyanın bir çox ölkəsində qadağandır və narkotik vasitə hesab edilir.
“Qat” (Yəmən otu, ərəb çayı) nədir?
Müxtəlif elmi araşdırmalarda Qat” (Yəmən out, ərəb çayı) kimi
adlandırılan bu otun elmi adı latınca “Catha edulis”dir. Təkibində
“katinon” adlanan “menoamin” alkaloidin var. Ümumdünya Səhiyyə
Təşkilatı “khat”ı yüngül və ya orta dərəcədə asılılığa səbəb ola
bilən zərərli dərman kimi təsnif edib. Aşırı istifadə olduqca ciddi
fəsadlara səsəb ola bilər.
“Qat çeynəmək” vərdişi Yəmən və yəmənlilərin həyatında öz yerini
tutub. Yəmənlilərin əksəriyyəti bütün şəraitdə onun son dərəcə pis
təsirini etiraf edir. Onlar hesab edirlər ki, “qat” xüsusilə
onların yaşayış, sağlamlıq, psixoloji və vəziyyətlərinə ciddi tədir
edir. Bu düşüncə Yəmənda on illərlər davam edən müharibədən öncə
hakim fikir idi. İndi isə ölkəni bütüyən müharibə fonunda bu
təhlükənin dahan ciddi olduğu açıq şəkildə ortaya çıxır.
Yəməndə müharibə tərəfləri atşmadan sonra mütləq şəkildə “qat”
çeyənyirlər, bir iki saat yatıb dincəldikdən sonra gecə döyüşləri
vaşlayır və “qat” təsiri ilə bi döyüçlər daha amansız və ağlasığmaz
olur.
Bu, Yəmənin ən azı ötən əsrdə apardığı müntəzəm və ya yarı nizamlı
müharibələrin əksəriyyəti zamanı baş verib.
Bir çox yəmənlilər “qat”ı stimullaşdırıcı roluna görə qəbul etməyə
vərdiş edirlər ki, güya bu da onların zehnini daha çox
konsentrasiya etmək üçün stimullaşdırmağa kömək edir.
İctimai sağlamlıq üçün risklər
Bununla belə, “qat” çeynəmə ürək-damar xəstəlikləri və yuxarı həzm sisteminin xərçəginə səbəb olur. Müharibə illərində “qat” istehsalının artırılmasında istifadə olunmaq üçün bəzi gübrələrin və kimyəvi maddələrin xaricdən gətirilməsi nəticəsində, ətraf mühitin və ümumilikdə kənd təsərrüfatı torpaqlarının zəhərlənməsi çox ciddi narahatlığa səbəb olur.