HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi sonrası,savaş bitməsə də artıq bir çoxları savaçın yaxında bitəcəyi siqnallarını verməkdədirlər.
Ağıllarda olan ilk sual isə budur ki, Qəzza zolağına HƏMAS sonrası kim hakim olacaq?
Fələstinlilər qeyd edirlər ki, Qəzza zolağının gələcək taleyinin müəyyən edilməsi onların öz işidir və heç bir halda hər hansı bir ərəb dövlətinin və eləcə də kənar hakimiyyəti qəbul etməyəcəklər.
İsrailin planı nədir?
İsrail müharibədən sonra Qəzzada HƏMAS-ın idarəçiliyini əsla qəbul etmir, lakin bununla yanaşı, Qəzzanın Abbas administrasiyası tərəfindən də idarə edilməsini rədd edir.
Digər tərəfdən, hökumət üzvləri də daxil olmaqla, İsraildəki ifrat sağçı fiqurlar 2005-ci ildə İsrailin Qəzza zolağından çıxmasından sonra oradan çıxarılan yəhudi yaşayış məntəqələrinin geri qaytarılmasını təklif edirlər.
İsrail təhlükəsizlik mənbəsi bu yaxınlarda France-Presse agentliyinə bildirib ki, “ordu lazım olduğu qədər orada qalacaq”. Təhlükəsizliyi təmin etdikdən sonra növbəti addımı düşünməyin vaxtı çatacaq”, – deyə vurğulayıb: Mənbə qeyd edib ki, “İndi məqsəd Qəzzaya nəzarət etmək deyil”.
İsrailin bir sıra KİV-ləri müharibədən sonrakı dövrdə beynəlxalq qüvvələrin iştirakı barədə məlumat verib, bunun Qəzza zolağının yenidən qurulması üçün maliyyə yardımı və ya hərbi mövcudluğa nəzarət olub-olmadığını dəqiqləşdirməyib.
Fələstinlilərin rolu nədir?
Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Administrasiyası Qəzza zolağında mövcud olmağa çalışır və hökumət işçilərinin hələ də işlədiyi bələdiyyələrdə mövcuddur.
HƏMAS hərəkatı müstəqil Fələstin hökuməti (texnokratlar) yaratmağa razılaşıb. HƏMAS müharibə bitdikdən sonra onun tərkibində iştirak etməyəcək, lakin bir şərtlə- texnokratların tərkibi ilə bağlı HƏMAS-la məsləhətləşmələr mütləqolmalıdır.
Fələstin prezidenti Mahmud Abbas bu yaxınlarda Qəzza zolağının Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu və onun məsuliyyəti altında olduğunu bildirərək, Qəzzanın İordan çayının qərb sahilindən ayrılmasına səbəb olacaq istənilən addımı rədd edib.
Eyni zamanda, hazırda İsrailin hərbi nəzarəti altında olan Qəzza ilə Misir arasındakı Rəfah keçidinin yenidən açılması ilə bağlı danışıqlar gedir.
Fələstin əraziləri üzrə ixtisaslaşmış tədqiqatçı Xavier Guignard hesab edir ki, “heç kim bir çox təhlükəsizlik və siyasi problemlərin olduğu kompleks yenidənqurma prosesinin diqqət mərkəzində olmaq istəmir və heç kim israillilərə donor olmaq istəmir”.
Digər tərəfdən İsraildə keçirilən rəy sorğusunun nəticələrinə görə, israillilər Fələstin dövlətinin yaradılmasına həmişəkindən daha çox qarşıdırlar.