Əsas səhifə » Natiq, din xadimi və döyüşçü… hər şey İran üçün

Natiq, din xadimi və döyüşçü… hər şey İran üçün

Bakı, AzerVoice

Mövcud olduğu müddət ərzində müharibə şəraitində olan milislərin lideri kimi Həsən Nəsrullah təhlükəyə yad deyildi. Bu yola qədəm qoyarkən onu hansı aqibətin gözləcəyindən də qorxmurdu.

AzerVoice ArabAZ - a istinadən xəbər verir ki, ilk dəfə 2006-cı ilin yay gecəsində o, ölümün çox yaxın olduğunu hiss etmişdi. O, həmin vaxt Beyrutun cənubunda, Hizbullahın komandanlıq binalarından birində həyatında iki ən mühüm adamla birlikdə idi: o zaman İran İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı olan Qasım Süleymani, və Hizbullahın istedadlı əməliyyat komandiri İmad Muğniyə ilə birlikdə idi. Daha sonra Suriya qəssabə kimi tanınan Süleymani onlaraİranın Ali Dini liderinin mesajını gətirmişdi.

O vaxt , elə indi ki kimi, İsrailin davamlı bombardmanları nəticəsində Beyrut canlı cəhənnəmə çevrilmişdi. Bu vəziyyətdə yuxarıda adı çəkilən üçlük binadan çıxanda İsrailə məxsus MK pilotsuz uçan aparatı başlarının üstündə uçurdu, onlar ölümün bir addımında idillər.

Lakin nədənsə “ATƏŞ” əmri verilmədi və üçlük sağ qaldı – ən azı bir müddət.

İsrailin o zamankı baş naziri Ehud Olmert 1980-ci illərdə Livanda yüzlərlə amerikalının öldürülməsindən məsul olan İmad Muğniyə kimi səhra komandirlərini hədəf almaqda ABŞ prezidenti Corc Buşla əməkdaşlıq edirdi. Amma Süleymani kimi tanınmış iranlı generalın və Nəsrullah kimi siyasi liderin öldürülməsi həddi aşmaq idi.

Muğniyə bir il yarım sonra Dəməşqdə ABŞ-İsrail əməliyyatı zamanı öldürülüb. Ancaq digər ikisi də çox yaşamadı. Süleymani 2020-ci ildə Bağdadda ABŞ-ın hava zərbəsi nəticəsində öldürüldü və 27 sentyabr 2024-cü ildə 64 yaşlı Həsən Nəsrullah İsrailin şiələrin çoxluq təşkil etdiyi cənub şəhərətrafı bölgəsində bir neçə yaşayış binasını dağıdan kütləvi basqın zamanı öldürüldü.

Hizbullahın baş katibi olduğu 32 il ərzində Nəsrullah partiyanı Livan siyasətinin təməl daşına və regional müharibələrdə əsas oyunçuya çevirməyə müvəffəq olub. O, Nəcəf və Qumdakı şiə seminariyalarının məzunu idi. Bilindiyi kim Qum tələbə yetişdirmək adl ilə, müsəlman ölkələrində İranın təsir agentlərini yetişdiririr. Bəzi ərzəb ölkələri daha sonra Qumda təhsili qadağan edəcək və bu “təhsil” olacağını rəsmi olaraq “terror ocağı” adlandırdı.

Nəsrullah 1989-cu ildə ilk dəfə İranda yaşamağa köçdükdən sonra, Xameneyinin İslam Respublikasına rəhbərlik etməyə başlaması ilə eyni vaxtda, o, “Ali Rəhbər”lə sıx əlaqələr qurdu və Hizbullahı İranın “müqavimət oxuna” daha da inteqrasiya etdi. Bu işdə ona Suriya cəlladı Süleymani kömək etdi.

Süleymani 1980-ci illərdə İraqa qarşı uzunmüddətli müharibə aparan İnqilab Keşikçilərindən biri idi və bu, ona döyüş meydanında dəyərli təcrübə qazandırdı. Bu təcrübə Hizbullahın nəhəng İsrail hərbi qurumunu təhdid edən və onunla mübarizə aparan qabaqcıl hərbi qüvvəyə çevrilməsinə töhfə verdi. Lakin bu transformasiyanın ortasında Livan milisləri ərəb dünyasındakı vətəndaş müharibələrində İranın əmrlərini yerinə yetirmək məcburiyyətində qaldılar və bu, israillilərdən daha çox ərəblərin ölümünə səbəb oldu.

“Yolun” əvvəli
Həsən Nəsrullah 1960-cı ilin avqustunda Beyrutun şərq ətrafı, Livan dağı qubernatorluğunun bir hissəsi olan Burj Hammudda anadan olub. O, valideynləri Abdel Kərim Nəsrullah və Nahdia Safi El-Dinin ilk övladı idi. Daha sonra onların beş övladı da oldu.
Əbdül Kərimin nəsli Beyrutdan təxminən bir saat cənubda, dünyanın ən qədim şəhərlərindən biri olan qədim Tir şəhərinin yaxınlığında yerləşən Əl-Bazuriye kəndinə gedib çıxır. O, Məhəmməd peyğəmbərin nəslindən olduğu və bunun ona, Həsən adından əvvəl “Seyyid” titulundan istifadə etmək və qara əmmamə taxmaq hüququnu verirdi.

Həsən Livan şiələrinin ən marginal qruplar arasında olduğu bölgədə doğulub. Onların ölkənin siyasi sistemində çox məhdud iştirakları var idi və onların ictimai həyatına bir neçə böyük feodal ailəsi nəzarət edirdi. Həsənin ailəsi ənənəvi ailə idi. Daha sonra İran kanalına verdiyi müsahibədə dediyi kimi: “Biz yoxsul və məzlum idik və iş və bir tikə çörək tapmaq üçün Livanın cənubundan Beyruta köçdük.Atası kiçik bir mağaza işlədirdi”

Həmin dövrdə bir çox şiə Livan Kommunist Partiyasına və digər solçu hərəkatlara cəlb olundu. Bölgənin iki ən böyük şiə cəmiyyəti olan İran və İraqda güclü kommunist partiyaları var idi ki, bu da onların bəzi opponentlərinin onları şiə kommunisti olmaqda ittiham etməsinə səbəb oldu. Lakin tezliklə İrandan gələcək hadisələr Livan siyasətinin dinamikasını kökündən dəyişəcək.
Nəsrullahın doğulmasından bir il əvvəl , əcdadları Livanın cənubundan olan İran əsilli Musa əs-Sədr Nəcəf və Qumda şiə rəhbərliyinin elçisi kimi Sur şəhərinə köçdü. İran şiə ziyalılarının marksist cərəyanlarla fikir ayrılıqlarının yaşadığı bir vaxtda, yeni siyasi formasiyaların yaranmasına şərait yaradaraq, Əl-Sədr Livanda qeyri-mütəşəkkil olan şiə icmasının təşkilatlanmasına töhfə verdi. 1974-cü ildə Əl-Sədr Livanda şiələri təmsil edən siyasi partiya olan Amal Hərəkatını yaratmaq üçün Livanda başqa bir iranlı Mehdi Çamranla birləşdi.
Bir çox beyrutlular kimi Həsən Nəsrullah da Beyrutun şərq ətraflarında çoxluq təşkil edən müxtəlif dinlərə mənsub insanlarla, xüsusən də xristianlarla yan-yana yaşayırdı. Nəsrullah Onun orada böyüdüyünə görə erməni dilini mükəmməl bilirdi, hətta onun erməni uşaqlar haqqında xatirələri də var di və Nəsrullah bu xatirələrini yerli telekanallarda tez-tez bölüşürdü.

1975-ci ildə Livanda Vətəndaş Müharibəsi başladı və bu, ölkənin müxtəlif təriqətləri arasında və Beyrutda Fələstin Azadlıq Təşkilatının onurğa sütununu təşkil edən fələstinli qaçqınlara qarşı qarşıdurmaya səbəb oldu. Şərqi Beyrut xristian milislərinin əlinə keçdi (Bu müharibədə ermənilərin yerli livanlılara qarşı divan tutması haqda yetərincə faktlar var) və Nəsrullahın ailəsi cənuba, orta məktəbdə oxuduğu Bazuriyəyə qaçdı.

Nəsrullah məktəbdə əlaçı olub və xüsusilə riyaziyyat, kimya və cəbr fənlərində yaxşı nəticə göstərib. Musa əs-Sədrə məxsus yerli məsciddə təhsil aldığı üçün dinlə də maraqlanırdı. Orada “Amal” hərəkatına qoşularaq siyasi fəaliyyətə başlayıb və tezliklə hərəkatın öz kəndinə şöbə müdiri təyin olunub. Həmin dövrdə Nəsrullah Mehdi Şamranla görüşdü və İran liderlərindən bələdçilik və göstərişlər almaq üçün uzun səyahətinə başladı. Nəsrullah 1976-cı ildə dünyanın ən
mühüm şiə təhsil mərkəzi olan Nəcəf şəhərinə göndərilməsinə səbəb olan seminariyada mükəmməllik nümayiş etdirdi.
“1957-ci ildə Ayətullah Məhəmməd Baqir əs-Sədrin himayəsi altında qurulan İslami Dava Partiyası bir çox din xadimlərini siyasətə qarışmağa sövq edir. Nəsrullahın Nəcəfdə qurduğu ən görkəmli dostluq, bu partiya sıralarına qoşulan gənc Abbas əl-Musəvi ilə daha da möhkəmləndi.

İraq Baası
1978-ci ildə İraqda hakim Baas Partiyasının (BƏƏS) İslami Dava Paretiyasına və şiə fəaliyyətlərinə qarşı təzyiqləri artdı. Elə həmin il BƏƏS İran şiələrinin sürgündə olan lideri Ayətullah Ruhullah Xomeynini İraqdan qovdu və o, Fransaya getdi və orada 1979-cu ilin fevralında İranda şahın devrilməsi ilə başa çatan inqilaba rəhbərlik etməyə köməklik etdi.

İran “inqilabı” Həsən Nəsrullah da daxil olmaqla, bütün siyasi fəal şiələrin həyatını dəyişdi. Nəsrullah 1981-ci ildə İrana səfər etdi və Ayətullah Xomeyni ilə görüşdü və onun potensialından heyran oldu və ona maliyyə toplamaq üçün dini icazə istədi.

İran “inqilabı” “İnqilab Keşikçiləri”ni meydana gətirdi, adı “İran”ı ehtiva etməyən və elan edilmiş məqsədi regionda və onun hüdudlarından kənarda inqilab mesajını yaymaq olan bir qurum idi bu.

1982-ci ildə İnqilab Keşikçiləri 1980-ci ildən Nəbih Berrinin rəhbərliyi altında fəaliyyət göstərən Amal Hərəkatında parçalanmağa kömək etdi. Daha silvil olan, kostyum geyinən və qalstuk taxan Berri transmilli inqilabi ideologiyaya maraq göstərmirdi və şiələrin Hərəkata inteqrasiyasının tərəfdarı idi.
Abbas əl-Musəvi Amal hərəkatından ayrılmağa rəhbərlik etdi və digərləri ilə birlikdə tez bir zamanda Hizbullah kimi tanınan bir təşkilat qurdu. İlk illərdə təşkilat qeyri-müəyyən idi və bir neçə addan istifadə edirdi. Nəsrullahın daha sonra ifadə etdiyi kimi, partiyanın ilk rəhbər şurasına üç iranlı (o vaxt İranın Suriyadakı səfiri Əli Əkbər Möhtəşəmi də daxil olmaqla) və iki livanlı kişi daxil olub və bu partiyanın həmişə İranın rəhbərlik etdiyi təşkilat olduğunu elan edib.

Hizbullah meydana çıxmazdan əvvəl Livan vətəndaş müharibəsində əsas oyunçuların heç biri İslam xarakterli deyildi. Amma şiə milisləri bu reallığı dəyişdi. Şiələr əvvəlcə Fələstin Azadlıq Təşkilatının varlığından bezdikləri üçün 1982-ci ildə İsrailin Livana hücumunu alqışladılar. Lakin İsrail işğalının vəhşiliyi şiələri tez bir zamanda Hizbullahın dayaq bazasına çevirdi. İranın başçılıq etdiyi bu təşkilat xüsusilə 1983-cü ildə Amerika və beynəlxalq qüvvələrə hücum edərək tez bir zamanda məşhurlaşdı.

Qum səfəri

Həmin dövrdə Nəsrullah hələ siyasi hadisələrdə əsas oyunçu kimi meydana çıxmamışdı. 1989-cu ildə İslam Respublikasında dini təhsilini başa vurmaq üçün təhsil ocağı kimi tanıdılan lakin, İranın təsir agentləri yetişdirdiyi əsas mərkəz olan Quma səfər etdi.
Bunun səbəbləri arasında onun və Hizbullahın qurucu lideri, sonradan 1991-ci ildə Nəsrullahın köhnə yoldaşı Seyid Abbas əl-Musəvi tərəfindən dəyişdirilmiş Subhi Tufeyli arasında yaranan mübahisələr olub.
Lakin 1992-ci ilin fevralında İsrailin Apaçi vertolyotlarının Musavini hədəfə alması, onu həyat yoldaşı və beş yaşlı uşağı ilə birlikdə öldürdüyü zaman işlər başqa istiqamətə getdi. Bu hadisədən sonra Nəsrullah partiyanın yeni lideri kimi ortaya çıxdı. O vaxtdan bəri Tufeyli Hizbullahdan çəkilib və Nəsrullaha və İranın ali dini lideri Əli Xamneyini sərt tənqid etməyə davam edir.

Hizbullah lideri təyin edildikdən sonra Nəsrullah Tehrana səfər edib və orada o vaxtkı İranın xarici işlər naziri Əli Əkbər Vilayəti də daxil olmaqla bir sıra İran rəsmiləri ilə görüşüb. Vilayəti Nəsrullahın “sürətli seçilməsi”ni tərifləyib və bunu “(Hizbullah) birlik və birləşməsinin və sionist düşmənin bu inqilabi hərəkatı dağıtmaq cəhdlərinin uğursuzluğunun açıq sübutu” hesab edib.
1990-cı ildə Livanda vətəndaş müharibəsi başa çatdı və ölkədə yeni siyasi sistem formalaşmağa başladı. Bu dəyişikliyin işığında Nəsrullah Hizbullahı 1985-ci ildəki məşhur açıq bəyanatında “Hizbullah”ın yaradılmasına çağıran 1992-ci il parlament seçkilərində iştirak etməyə rəhbərlik etdi. Livanın çox məzhəbli olmasına baxmayaraq, İrandan nümunə götürülmüşdü. İran bir çox qonşu ölkələrdə olduğu kimi burda da uzun müddət şiələrin hakim məzhəb olması propoqandası aparıldı. Hətta Livanda müsəlmanların 90 faizini şiələt təşkil edir haqqında uydurma məlumatlara livanlılar da inandı. İran bunu olduqca bacarıqlı şəkildə həyata keçirdi.

Partiya həmin seçkilərdə 8 mandat qazanaraq diqqətəlayiq uğur qazanıb.
Bundan sonra Nəsrullah İrana yollandı və orada “Ali Bələdçi” Əli Xameneyi ilə görüşdü və onu Fələstin Azadlıq Təşkilatına qarşı kampaniyaya başlamaq üzrə olan HƏMAS hərəkatının lideri Musa Əbu Mərzukun iştirakı ilə qəbul etdi. “Müqavimət oxu” termini hələ ortaya çıxmasa da, Xameneyi bu kontekstdə İran İnqilabı Keşikçiləri Korpusunun əvvəlki səylərindən faydalanaraq regional milis koalisiyasının yaradılması üzərində işləyirdi.

Qarşıdurmalar və məskunlaşmalar

1990-cı illərdə Nəsrullahın rəhbərliyi altında Hizbullah İsraillə bir sıra hərbi qarşıdurmalarda iştirak etdi, bunlardan ən qabarıqları 1993-cü ildə və 1996-cı ilin aprelində olan toqquşmalar idi.

Son qarşıdurma ABŞ-ın vasitəçiliyi ilə atəşkəslə başa çatıb. Nəsrullah, Hizbullahın tanınmasını ehtiva edən bu razılaşmanı partiyanın qələbəsinin əlaməti olaraq gördü.
Nəsrullah Beyrutun “Əs-Safir” qəzetinə müsahibəsində deyib: “Biz burada qələbə qazandığımıza inanırıq və onu qoruyub saxlamaq niyyətindəyik”. O, Hafiz Əsədin və İranın rəhbərliyi altında Suriyanın verdiyi dəstəyi yüksək qiymətləndirib, eyni zamanda Fələstin Azadlıq Təşkilatı və onun lideri Yasir Ərəfatı kəskin tənqid etməkdən çəkinməyib.

Eyni dövrdə Hizbullah özünün ən şiddətli cinayət hücumlarından birini həyata keçirdi. 1994-cü ilin iyul ayında Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina Yəhudi Qarşılıqlı Assosiasiyasının (AMIA) binasına bomba yüklü kamikadze avtomobillə hücumu təşkil etdi. Hücum 85 nəfərin ölümü ilə nəticələndi və bu, Argentina tarixində bu günə qədərki ən qanlı terror aktı oldu. Hücumun planlaşdırılmasında tamamilə Hizbullah rəhbərliyi məsuliyyət daşıyırdı. Nəsrullah partiyanın Argentinadakı agentlərinə əməliyyatı həyata keçirmək üçün “lazım olan hər şeyi” təmin etmək üçün birbaşa əmr vermişdi. Bundan əlavə, İran səfirliyindən ən azı bir nəfər hücumun həyata keçirilməsinə kömək edib.

Hizbullahın rolu təkcə bu hücumla məhdudlaşmayıb, o dövrdə Avropanın bir sıra şəhərlərində həyata keçirilən əməliyyatlarla iranlılara xaricdəki siyasi rəqiblərinə sui-qəsddə dəstək verib.

İranda siyasi zəlzələ

1997-ci ildə islahatçı Məhəmməd Xatəminin prezident seçilməsi ilə İran siyasi zəlzələ yaşadı. İran xalqı siyasi islahatlar tələb edərkən, bir çoxları Qərblə münasibətlərin yaxşılaşdırılmasına can atırdı ki, bu da Nəsrullahın dəstəyindən əl çəkmə ehtimalından narahat olmasına səbəb olub. Eyni zamanda, bir çox islahatçılar, o cümlədən Əli Əkbər Möhtəşəmi Pour uzun müddət Hizbullah tərəfdarları idi.
Nəsrullah Tehrana Xatəmini ziyarət edən ilk xarici qonaqlardan biri olub. Həmin vaxt Nəsrullah 18 yaşlı oğlu Hadini İsrailin pusqusunda yenicə itirmişdi. Görüş zamanı Hatəmi başsağlığı verərək, Hizbullahı tərifləyib və bunu “müqavimət simvolu” kimi səciyyələndirimişdi.

Bununla belə, Nəsrullah Xatəminin rəhbərliyi altında İranın Qərblə münasibətləri yaxşılaşdıra biləcəyi ehtimalından narahat idi. Həmin dövrdə İsrail və Suriya ABŞ prezidenti Bill Klinton administrasiyasının vasitəçiliyi və dəstəyi ilə sülh danışıqları aparırdılar. 1996-cı ildə Livanda keçirilən parlament seçkilərində Hizbullah mandatını itirərək zərbə aldı, ənənəvi rəqibi Amal Hərəkatı isə üç mandat qazanaraq mövqelərini möhkəmləndirə bildi.
Həmin dövrdə Nəsrullah xalq dəstəyini gücləndirmək üçün yəhudi xalqına qarşı ən sərt ifadələrdən istifadə etdi. 1998-ci ilin mayında Beyrutda Hizbullahın Əl-Mənar kanalında canlı yayımlanan kütləvi mitinqdə Nəsrullah “sionist yəhudilərə” hücum edərək onları “meymun və donuz nəsli” adlandırdı. Bu kəskin bəyanatlar onun bir neçə dəfə Hizbullahın antisemit olmadığının sübutu kimi İranda yəhudi icmasının qanuni mövcudluğunu göstərdiyi əvvəlki bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edirdi. Nəsrullah bir neçə ay əvvəl Livan qəzetlərindən birinə verdiyi müsahibədə demişdi: “Bizim müharibəmiz yəhudilik və ya yəhudilərə qarşı deyil, sionizmə qarşıdır”.

Faydalı hadisələr

Aşağıdakı hadisələr Hizbullaha üstünlük verdi. İranda sərt xətt tərəfdarları islahat hərəkatını məğlub edə bildilər və İsrail ilə Suriya, eləcə də İsraillə Fələstin arasında sülh səyləri iflasa uğradı. 2000-ci ildə İsrail işğal etdiyi son Livan ərazilərindən geri çəkildi və Nəsrullaha işğala qarşı “qələbə” qazanmış lider kimi böyük status verdi.
Həmin il Nəsrullah Tehrana səfər etdi və burada ona Tehranın Tərbiat Modares Universitetində fəxri professor adı verildi.
O, həmçinin Xatəmi hökumətinin ali təhsil naziri Mustafa Moin tərəfindən mükafat aldı.

Lakin Nəsrullahın İsrailin rəqibi kimi legitimliyi getdikcə azalmağa başladı.
Yeni əsrin başlaması ilə bölgə, xüsusən də Amerikanın 2003-cü ildə İraqı işğal etməsindən sonra məzhəb savaşlarına sürükləndi. 2005-ci ildə sünni Livanın baş naziri Rafiq Həririnin öldürülməsindən sonra günah barmağı Hizbullaha yönəldi. Hizbullah cinayətin araşdırılması üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış Təhqiqat mexanizminin pozulmasında aydın rol oynamışdır.
Sui-qəsddən sonra Livan Suriya qüvvələrinin ölkədən çıxarılmasını tələb edən Müstəqillik İntifadası kimi tanınan geniş kütləvi hərəkatın şahidi oldu. Həqiqətən də, bu üsyan Suriyanın Livanda onilliklər davam edən işğalına son qoymağa müvəffəq oldu və bu da öz növbəsində Hizbullah ciddi zərbə oldu.

Hizbullah Livandakı maronit xristianlar (Livandakı ermənilərin dəstəyi ilə birinci Qarabağ savaşında Azərbaycan xalqına qarşı “ərəb” adı altında vuruşan qruplardan biri) arasında böyük siyasi hərəkatın lideri Mişel Aun ilə anlaşma memorandumu imzalayaraq Suriyanın geri çəkilməsindən sonra yeni dövrə başladı.
Bu, Nəsrullahın siyasi məharətini nümayiş etdirdi, eyni zamanda Hizbullahın artıq “müqavimət partiyası” olmadığını, Livandakı məzhəb siyasi sisteminin bir hissəsinə çevrildiyini açıq şəkildə göstərdi.
2006-cı ilin iyulunda Hizbullahın İsrail sərhəd patruluna qarşı həyata keçirdiyi pusqu təşkilata böyük dağıntılar gətirən genişmiqyaslı müharibənin başlanmasına səbəb oldu. Müharibədən sonra televiziyaya verdiyi müsahibədə Nəsrullah bildirdi ki, əgər müharibənin nəticəsi olacağını bilsəydi, “pusqu əməliyyatına” razı olmazdı.

Ərəb qəzəbi

Ərəb ölkələri də Hizbullahın bölgədə müharibəyə səbəb olan hərəkətlərinə qəzəblənib. Ərəb ölkələri Hizbullahın İsrailə hücumunu pisləyib və deyiblər: “Bölgə ərəblərin maraqlarına xidmət etməyən bir macəraya sürüklənir.Bu addım bütün bölgəni illər geriyə aparacaq yersiz və məsuliyyətsiz hərəkətdir”.
Bu mövqe Hizbullaha qarşı daha geniş ərəb konsensusu yaratdı. 2016-cı ildə Ərəb Liqası Hizbullahı terror təşkilatı kimi təsnif etdi, lakin regionda və İranla əlaqələrin yaxşılaşması ilə Liqa bu yaxınlarda artıq bu təsnifatı qəbul etmədiyini açıqladı. Digər tərəfdən, əksər Qərb ölkələri hələ də Hizbullahı terror təşkilatı kimi təsnif edir, Rusiya və Çin isə bu mövqeyi qəbul etmir.

Məzhəbçiliyin pik həddi

Hizbullahın məzhəbçiliyi 2013-cü ildə Əsəd rejiminə və İran İnqilabı Keşikçiləri Korpusuna dəstək olaraq Suriya vətəndaş müharibəsində açıq iştirakını elan etdikdən sonra pik həddə çatıb. Bu müdaxilə əksəriyyəti sünni olan yüz minlərlə suriyalının ölümünə səbəb olub. Hizbullahın bu rolu, çoxları tərəfindən bağışlanmadı… Nəsrullah öldürüləndən sonra Suriyada insanlar sevincindən şirniyyat paylayırdılar.

Livanın özündə, 2019-cu ildə, Livan və İraqda eyni vaxtda başlayan etirazlar zamanı bir çox etirazçı Nəsrullahın şəkillərini yandırıb, hər iki ölkədə məzhəb güc bölgüsü sistemlərini və İranın dəstəklədiyi siyasi partiyaları hədəf alıb.

Nəsrullahın İrandakı rejimi açıq şəkildə müdafiə etməsi də orada çoxlarının ona nifrət etməsinə səbəb olub. 2009 və 2022-2023-cü illərdə o, iranlı nümayişçilərə hücum edib və rejimi inadla müdafiə edib.
Əgər Nəsrullahın Tehrana sədaqətinə şübhə varsa, o, 2016-cı ildə açıq-aydın bu şübhəni tamamilə aradan qaldırdı: “Hizbullahın büdcəsi, xərcləri, pensiyaları, yeməkləri, içkiləri, silahları və raketləri İran İslam Respublikasındandır… Biz Hizbullah olaraq, İranın pulu olduğu müddətcə varıq!”-deyib Nəsrullah.

Hizbullah öz gələcəyinə nəzər salsalq onun İrandan qopması mümükdün deyil.
İllər boyu Haşim Safi əd-Din Nəsrullahın ən görkəmli varisi hesab olunurdu.Safi əd-Din Nəsrullahın birbaşa əmisi oğludur və həmçinin Suriya qəssabı Qasım Süleymaninin qızı Zeynəbin qayınatasıdır. Bu qohumluq əlaqələri önə çəkilsə də, təbii ki, Hİzbullahın gələcək yolunun aydın göstəricisi deyil. Bəzi analitiklər hesab edir ki, əsasən vaiz və din xadimi olan Nəsrullahdan fərqli olaraq, Səfi əd-Din həm də din xadimi olmasına baxmayaraq, sahə və əməliyyat təcrübəsinə malikdir və partiyanı daha sərt mövqeyə qaytara bilər. Digər tərəfdən, başqaları hesab edir ki, Hizbullah yaxın gələcəkdə İranın nümayəndəsi rolundan uzaqlaşaraq, öz daxili dairələrinin ehtiyaclarına daha çox cavab verən daha “Livanlı” gücə çevrilmək məcburiyyətində qala bilər.
Gələcək necə görünsə də, Nəsrullah xalqın yaddaşında bir ərəb ictimaiyyətinin dəstəyini qazanıb onu yad bir dövlətin və onun inqilabi ideologiyasının xidmətində istifadə edən bir insan kimi qalacaq.

Digər Kateqoriyalar

2024 © Azervoice