28
Bakı. AzerVoice
Seyfəli poliqonunda döyüş sursatlarının məhv edilməsi planlaşdırılır.
AzerVoice-in verdiyi xəbərə görə, Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, "Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı məhv edilməsi prosesi davam edir. Bu proses 23-27 sentyabr 2024-cü il tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək."
Həmçinin, partlayış işləri ilə bağlı ictimaiyyətə davamlı şəkildə məlumat veriləcəyi vurğulanıb.