88
Bakı,AzerVoice
AzərPress media agentliyinə məxsus, https://www.azervoice.com/ insformasiya resusursu xaricdən kiberhücumlara məruz qalıb. Hücumlar resursların işinə təsir edərək məzmuna girişdə fasilələrə səbəb olub.
Mövcud məlumatlara görə, informasiya resurslarımıza qarşı kütləvi hücum fevralın 4-da saat 17:00 radələrində başlayıb. Hücumun həyata keçirilməsi üçün hakerlər Azərbaycan İP ünvanları oğurlayıblar. İlkin məlumatlara görə, hücumlar Fransa və Ermənistan ərazisindən həyata keçirilir.
Hazırda agentliyin İT xidmətləri problemlərin tam həlli üçün çalışır.
Yaranmış müvəqqəti narahatlığa görə oxucularımızdan üzr istəyirik. Yaxın vaxtlarda kiberhücum və hücum edənlər haqqında ətraflı əlavə məlumat veriləcək.