Bakı, AzerVoice
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çetinye şəhərində törədilmiş silahlı hücum ilə bağlı Monteneqronun Baş naziri Miloyko Spaiçə başsağlığı məktubu ünvanlayıb.
AzerVoice xəbər verir ki, Ə.Əsədov hadisə nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərindən kədərləndiyini bildirib, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, Monteneqronun Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətl törədilib. Hökumət kütləvi qətlə görə üç günlük matəm elan edib. Ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.
Xatırladaq ki, bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətl hadisəsidir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.