Bakı, AzerVoice
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin qəzaya uğradığı yerdə baş vermiş yanğını söndürüblər.
AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin məlumatında deyilir.
"FHN qüvvələri tərəfindən yanğın tamamilə söndürülüb. Hazırda ərazidə FHN-in Tibbi və Psixoloji Mərkəzinin (TPM) həkimləri və psixoloqları işləyir", - deyə qurumdan bildirilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Aktauda qəzaya uğradığı əraziyə gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin məlumatında deyilir.
"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası təyyarənin qəzaya uğradığı yerə, Aktauya gəlib. Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; ilkin olaraq sağ qalanların olduğu bildirilir", - deyə məlumatda bildirilir.
Qəza ilə əlaqədar Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində operativ qərargah yaradılıb.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.