Əsas səhifə » Aysberq nədir?

Aysberq nədir?

admin

BAKI, AzerPress
Image by Freepik
Coğrafi qütblərə yaxın okean sularında üzən böyük buz parçaları aysberq adlanır. Əsasən, yaz aylarında formalaşırlar və şirin su ehtiyatlarını özündə toplayırlar. Buz parçalarının aysberq hesab olunması üçün hündürlük dəniz səviyyəsindən ən azı 4.8 metr hündür olmalı, qalınlığı 30-50 metr civarında olmalı, okean səthinin 500 kvadrat metr ərazisini əhatə etməlidirlər.

Əsas olaraq 2 səbəbdən aysberq formalaşa bilər:

Buzlaqlar ağırlaşaraq yerin cazibəsi nəticəsində aşağıya doğru hərəkət edərək qırılır və aysberq formalaşır.

Qlobal istiləşmə nəticəsində buzlaqlarda yaranan çatlar getdikcə böyüyür və böyük buz parçası əsas buzlaqdan qoparaq aysberq formalaşdırır.

banner

Şimal yarımkürəsində aysberqlər əsasən Qrenlandiyanın buzlaqlarından ayrılaraq əmələ gəlir, cənub yarımkürəsində isə əsas rolu Antarktida oynayır. Aysberqlərin 90 faizi suyun altında olur (səbəb buzun sıxlığının dəniz suyunun sıxlığından bir qədər az olmasıdır). Çox hissəsinin su altında olması onları gəmilərin hərəkəti üçün təhlükəli edir. Aysberqlər gəmi ilə toqquşduqda onun materialına zərər vura biləcək kəskin itiliyə malik kənarlara sahibdirlər. 1912-ci il Titanik faciəsindən az müddət sonra gəmilərin aysberqlərlə toqquşmasının qarşısını almaq, bunun üçün də aysberqləri izləmək və gəmilərə xəbərdarlıq etmək üçün Beynəlxalq Buz Patrulu yaradıldı və qurumun fəaliyyəti bu gün də davam edir.

Alimlər ortalama bir aysberqin ömrünün 3000 il olduğu qənaətindədirlər. Hər il orta hesabla müxtəlif ölçülü 40 min aysberq formalaşır. Aysberqlərin sabit sürət limiti yoxdur. Ölçü, forma, okean cərəyanları, dalğa, külək kimi vacib faktorlardan asılı olaraq onların sürəti dəyişə bilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice