Əsas səhifə » Atropat kimdir?

Atropat kimdir?

Daspina Hasanova

Bakı, AzerPress

Azərbaycanın qədim dövlətlərindən biri olan Atro­ patenanın banisi, antik dövrün görkəmli dövlət xadimi, şöhrətli sərkərdə.Azərbaycanın cənubunda 450 ilə qədər hakimiyyət sürmüş türk mənşəli Atropatilər sülaləsinin ba­ nisi olan Atropat uzun illər İran Əhəməni dövlətinin vilayət hakimlərindən biri-Satrap olmuşdur. Atropat sözünün mənası “odu qoruyan” deməkdir. Mənbələrdən məlumdur ki, o hələ Əhəməni şahı Artakserks tərəfindən Kiçik Midiyanın (indiki Cənubi Azərbaycan, İran Kürdüstanın bir hissəsi, Azərbaycan respublikasının cənub rayonları, Gilan vilayəti) satrapı təyin olunmuşdur. Onun nə vaxt anadanolunması dəqiq bilinməsə də təxmin etmək olar ki. e.ə. IV əsrin 70-ci illərində doğulmuşdur.

Qədim yunan tarixçisi Strabon “Coğrafiya” əsərində belə yazır: ’’Midiya iki hissəyə ayrılır. Bir hissəsini Böyük Midiya adlandırırlar ki, baş şəhəri Midiyanın paytaxtı olmuş böyük şəhər Ekbatandır (hələ indi də o Parfıyalıların paytaxtıdır, onların hökmdarları isə azı yayı burada keçirirlər, çünki Midiya soyuq ölkədir, qışda onlar Dəclə üzərində, Babilin yaxınlığındakı Selevkiyada qalırlar.) II hissə-Atropat Midiyasıdır. O öz adını sərkərdə Alropatdan alıb, hansı ki, bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına yol vermədi. Doğrudan da, təntənə ilə çar elan edilən Atropat öz hökmü ilə ölkəni müstəqil etdi və indi də varislik onun ailəsində qalır. Çünki onun nəsilləri Suriya çarları, sonralar isə Parfıya çarları ilə nigah əlaqələrinə girirdilər. Bu ölkə Matianadan şərqdə. Böyük Midiyadan qərbdə və hər iki ölkə­ dən şimalda yerləşir. Bu ölkə hərbi qüvvə baxımından ki­ fayət qədər böyükdür. Belə ki, o Apollonidin dediyinə görə döyüşə 10 min atlı və 40 min piyada çıxara bilir. Doğrudur, atropotenlilərin güclü qonşuları vardır, parfıyalılar tez-tez onların ölkəsini viran edirlər. Lakin onlar müqavimət göstərir və zəbt edilmiş torpaqlarını geri alırlar. “Adlı- sanlı nəsildən olan Atropat dövrünün savadlı, geniş dünya görüşünə malik adamlarından biri idi. O satrap olsa da zəifləməkdə olan imperiya tərkibində müstəqil siyasət yürütməyə çalışırdı. Hələ Qavqamela döyüşündən əvvəl Atropat İran şahı III Daranın ordusunda süvari kəşfiyyat dəstəsinə komandanlıq etmişdir. Makedoniyalı İskəndərin zəfər yürüşlərini qələmə alan Arrian öz xatirələrində Atropatın cəsurluğunu, çevikliyini qeyd edərək onun bölməsində kadusilər, albanlar və sakasenlərin iştirakını göstərir. İran ordusunun məğlubuyyətinə baxmayaraq Atropat İss, Qranik, Qavqamela döyüşlərində qəhrəmanlıqla döyüşmüşdür. Qavqamela döyüşündən sonra Atropat bir müddət məğlubiyyətə uğrayıb qaçan III Daranın tərəfini saxlayır. Buna görə də Əhəməni imperiyasının çox hissəsini ələ keçirən Makedoniyalı İskəndərin ona qarşı tədbirlər görməsinə səbəb olmuşdur. O Midiya satrapı vəzifəsindən kənar edilir və e.ə.330-cu ildə bu vəzifəyə fars əyanı Oksidat təyin olunur. Lakin bu vəziyyət uzun sürmür. Makedoniyalı İskəndərin davam edən yürüşləri vaxtı Atropat öz loyallığını göstərə bilir. E.ə.328-ci ildə Atropat yenidən Kiçik Midiyanın satrapı olur. Bir siyasətçi kimi Atropat mövcud vəziyyəti qiymətləndirə bildi. 0 dərk etdi ki, çoxlu torpaqlar tutan, qüvvəsi qat-qat çoxolan İskəndərə qarşı hərbi qarşıdurmanın hec bir əhəmiyyəti yoxdur. O danışıqlar, makedoniyalıların ali təbəqəsi ilə yaxınlaşmaq, İskəndərin tədbirlərinə qoşulmaq yolunu tutdu. O itaətlə İskəndərin əmirlərinin yerinə yetirdi. E.ə.324-cü ildə makedoniyaların Hindistanda olmasından istifadə edib özünü Parsua və Midiya hokumdarı elan edən Bariaks adlı bir nəfər üsyan qaldırdı. Tərəddüd etmədən üsyanı yatıran Atropat Bariaksı əsir tutub İskəndərə təhvil verdi. Atropat bir daha öz uzaqgörənliyini sübut edir. Atropata qarşı Makedoniyalı İskəndərdə rəğbət yarandığından o bir müddət onu yanında saxlayır və onun məsləhətlərindən faydalanır . Qələbə münasibəti ilə təşkil olunan məşhur Suz təntənələrində iştirak edən Atropat öz qızını Makedoniya ordusunda süvari dəstələrə başçılıq edən, İskəndərdən sonra ən nüfuzlu şəxs olan Perdikkiyə verərək onunla qohum oldu . Atropatm mövqeyi daha da artdı. Dövrün siyasi nəbzini tuta bilən Atropat görkəmli diplomat olduğunu bir daha sübut etdi və ağır şəraitdən bacarıqla çıxdı. O tədricən düşmən satrapdan etibarlı müttəfiqə çevrildi. Atropat İskəndərlə bütün əlaqələri geniş­ ləndirirdi. Yürüşdən geri qayıdan İskəndər təntənəli şənliklər təşkil edəndə Atropat yaxınları ilə bərabər burada çıxış etdi. Onun gətirdiyi qiymətli hədiyyələr içərisində 100 nəfərdən ibarət qadın döyüşçülər xüsusilə diqqəti cəlb edir. Arrianın qeydlərindən məlum olur ki, Atropat yeganə Ohəməni satrapı idi ki, İskəndər onu vəzifədən kənar etmədi, əksinə qonşu ərazilərin idarəsini də ona həvalə etdi.

E. ə. 330-cu ildə Makedoniyalı İskəndərin vəfatından sonra yaratmış olduğu imperiya parçalandı. Atropat var qüvvəsi ilə nəzarət etdiyi vilayətdə sabitliyi qorudu. E.ə,- 321-ci ildə Perdikkinin ölümündən sonra hakimiyyət uğrunda sərkərdələr arasında müharibələr başladı. Belə bir şəraitdə Atropat özünü müstəqil elan etdi. Bununla Azərbaycanda Atropatena (e.ə.- 321-227-ci illər) dövləti yaranmış oldu. Bu dövlət şərqdə Makedoniya əsarətindən azad olan ilk dövlət sayılır. Yeni yaranan dövlətin paytaxtı Qazaka şəhəri oldu. Atropatın sonrakı həyatı, gördüyü işlər haqqında mənbələr hələlik ki, aşkar edilməyib. Yəqin ki, o ilk növbədə ölkədə bir sıra islahatlar keçirmiş, daimi ordu yaratmış, maliyyə sistemini nizamlamışdı. Atropat iqtisadiyyatın inkişafı üçün də müxtəlif tədbirlər görmüşdü. Atropatm nə vaxt ölməsi və taxt-tacını kimə vəsiyyət etməsi də məlum deyil.

banner

MƏNBƏ
Asif Hüseynli
QƏDİM TÜRK HÖKMDARLARI

Digər Kateqoriyalar

2023 © AzerVoice