Əsas səhifə » Alter eqo nədir?

Alter eqo nədir?

admin

Bakı, AzerPress:

Latın sözü olan alter eqo son illərdə filmlərdə və kitablarda tez-tez rastımıza çıxır. Alter eqo bəzən eqo anlayışı ilə müqayisə edilir, lakin hər iksinin mənaları fərqlidir. Belə ki, alter eqo, insanın orijinal şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ obrazdır.

Alter eqo anlayışının ən çox qarışdırıldığı digər anlayış isə personadır. Persona və alter eqo arasındakı əsas fərq budur:

Alter eqo olduğunuzdan fərqli xarakter yaratmaqdır. Personada isə bu, zərurətdən yaranır, yəni, persona ikitərəfli münasibətlərdə daha uğurlu ünsiyyət qura bilmək üçün bir növ gizli maskadır. Alter eqo isə şüurumuzda yaratdığımız etibarlı dost kimidir.

banner

Alter eqo termini ilk dəfə Romalı dövlət xadimi Markus Tullius Cicero tərəfindən istifadə edilib. Lakin Cicero alter eqo əvəzinə “ikinci mənlik” anlayışına üstünlük verirdi. Alter eqo sözü 19-cu əsrin əvvəllərindən psixoloqlar tərəfindən müəyyən edilərək geniş şəkildə istifadə edilib.

Bəzən müəllif hekayədəki personaj kimi öz alter eqosunu təmsil və ya təqdim etməyə çalışır. Onlar real həyatda göstərə bilmədikləri ikinci xarakterini göstərə bilmək üçün uydurma obrazdan istifadə edirlər. Məsələn, məşhur Herri Potter kitabının müəllifi J.K. Roulinq Hermiona obrazı ilə əslində özünü təsvir edib.

Ləman Əsədli

lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice