Əsas səhifə » Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Laman Asadli

Bakı. AzerPress:

Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub. Uşaqlığını Bursada keçirən Alper Gezeravcı ibtidai və orta təhsilini tamamladıqdan sonra sonra Hərbi Hava Qüvvələri Hərbi Akademiyasında oxuyub. O, gənc yaşlarından pilot olmaq arzusunda olub. A.Gezeravcı Elektronika mühəndisliyi fakültəsini bitirib.

Təhsilini davam etdirməyə qərar verən Gezervacı magistr dərəcəsi aldı və ABŞ Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda Əməliyyat Araşdırmaları üzrə ixtisaslaşdı.

O, həmçinin, uzun illər Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib. Gezeravcı Ohayo ştatının Dayton şəhərində Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda təhsil alıb. 21 il Türkiyə Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələr yerinə yetirən Alper Gezeravcı F-16 pilotu və Donanma Akademik Qolu Komandiri vəzifələrində çalışıb.

banner

Türkiyə prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə kosmosa ilk gedən astronavt Alper Gezervacı təyin olunub. Gezeravcı 17 yanvar 2024-cü ildə SpaceX Axiom Space-3 missiyası çərçivəsində kosmosa göndəriləcək.
O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice