Əsas səhifə » Ali Erbaş kimdir?

Ali Erbaş kimdir?

admin

BAKI, AzerPress

Ali Erbaş 1961-ci ildə Ordunun Kabadüz rayonunun Yeşilyurt kəndində anadan olub. İbtidai məktəbi Yeşilyurt Köyü İbtidai məktəbində oxuyub. 1980-ci ildə Sakarya İmam-Hatip Liseyini, 1984-cü ildə isə Mərmərə Universiteti İlahiyyat Fakültəsini bitirib. 1982-1993-cü illərdə Diyanət İşləri Başçılığına bağlı İstanbul Fatih Müftiliyinə bağlı müxtəlif məscidlərdə din məmuru olaraq çalışıb.

Təfsir bölməsində “Quranda təkrarlar” adlı dissertasiya işi ilə magistr, 1993-cü ildə “İlahi dinlərdə mələk inancı” adlı dissertasiya işi ilə Dinlər tarixi kafedrasında doktorluq dərəcəsini tamamlayıb.

1988-1990-cı illər arasında İstanbul Haseki Təhsil Mərkəzində magistr və doktorantura tələbələri üçün açılmış ixtisas artırma kurslarına qatılıb.

banner

1993-cü ildə Sakarya Universiteti İlahiyyat Fakültəsi Dinlər Tarixi Bölməsinə köməkçi dosent vəzifəsinə təyin edilmişdir. 1994-cü ilin iyul və avqust aylarında Parisdəki Corc Pompidu Mərkəzinin və Sorbonna Universitetinin kitabxanalarında Dinlər Tarixi və Dini Elmlər sahələrində tədqiqatlar aparmışdır. Daha sonra 1996-1997-ci tədris ilinin əvvəlindən Strasburq Humanitar Universitetində 1 il müddətində qonaq professor kimi öz sahəsi üzrə tədqiqatlar aparıb.

1997-1998-ci tədris ilinin əvvəlində Türkiyəyə qayıdıb və 1998-ci ilin noyabrında dosent, 2004-cü ilin yanvarında isə professor olub.

1993-2006-cı illər arasında Dinlər tarixi kafedrasının müdiri, eyni tarixlər arasında isə Fəlsəfə və Din Elmləri Bölməsinin müdiri vəzifələrində çalışıb.

1997-2002-ci illər arasında 5 il Sakarya Universiteti İlahiyyat Fakültəsinin Dekan müavini, 2006-2011-ci illərdə isə iki dövr eyni fakültənin dekanı vəzifələrində çalışmışdır. 2011-ci ildə Diyanət İşləri Başçılığı yanında Təhsil Xidmətləri Baş Müdirliyinə təyin edilib.

Prof.dr. Ali Erbaş 08 iyun 2017-ci il tarixindən Yalova Universitetinin rektoru vəzifəsinə təyin edilib.

17.09.2017-ci il tarixində Diyanət İşləri Başçılığına təyin olunub. Türkiyədə və xaricdə 12 kitabı, çoxlu məqaləsi və bir çox simpozium məruzə və konfranslarında təqdimatı olan Prof. Dr. Əli Erbaş ərəb və fransız dillərini mükəmməl bilir. Dr. Əli Erbaş evlidir, 4 övladı var.

Hazırladı: Təsnim İsmixan / AzerPress

Digər Kateqoriyalar

2023 © AzerVoice