Əsas səhifə » Akif Çağatay Kılıç kimdir?

Akif Çağatay Kılıç kimdir?

admin

Bakı. AzerPress:

Akif Çağatay Kılıç 15 iyun 1976-cı ildə Almaniyanın Siegen şəhərində anadan olub. Ailəsi əslən Türkiyənin Trabzon vilayətindəndir. A.Ç.Kılıç 10 yaşına qədər Almaniyada yaşayıb, daha sonra ailəsi ilə birlikdə Türkiyəyə qayıdıb.

O, Türkiyəyə gəldiyi il İstanbul Işık Liseyində təhsilə başlayıb. Burada bir il təhsil aldıqdan sonra təhsilini İstanbul Özəl Alman Liseyində davam etdirib.

Kılıç İngiltərənin Hertfordşir Universitetində Siyasi və Avropa Araşdırmaları üzrə bakalavr təhsili alıb. Siyasi elmlər və İqtisadiyyat üzrə təhsilini başa vuran Kılıç bir il Sabancı Holdinqin London ofisində satınalma üzrə mütəxəssis işləyib. Kılıç Sabancı Holdinqdən ayrıldıqdan sonra uzun müddət Rəcəb Tayyib Ərdoğanın baş katibinin müavini vəzifəsində çalışıb. Kılıç həmin zamanlarda R.T.Ərdoğanın xaricə səfərlərinin əksəriyyətində tərcüməçi kimi çıxış edib.

banner

A.Ç.Kılıç O, 2011-ci ildə Türkiydə keçirilən ümumi seçkilərdə deputatlığa namizəd olmaq üçün 10 mart 2011-ci ildə baş katibin müavini vəzifəsindən istefa verib. O, 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Samsunda 61,86% səs alması ilə millət vəkili seçilib.

O, Türkiyə Böyük Millət Məclisində Türkiyə-Almaniya Parlamentlərarası Dostluq Qrupunun sədri, Türkiyə-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, Türkiyə-Braziliya və Türkiyə-İtaliya Beynəlxalq Xəzinədarı, Türkiyə-Kanada Parlamentlərarası Dostluq Qrupunun baş katibi və Türkiyə-İran Parlamentlərarası Dostluq Qrupunun üzvü kimi fəaliyyət göstərib.

Kılıç 2013-cü ildə Türkiyənin Gənclər və İdman naziri təyin edilib və 2015-ci ilə qədər bu vəzifədə çalışıb. 2015-ci ildə yenidən Samsun millət vəkili, 24 iyun 2018-ci ildə isə İstanbul millət vəkili seçilib.

Akif Çağatay Kılıç 6 iyun 2023-cü ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri təyin edilib.

Kılıç alman və ingilis dillərini mükəmməl bilir.

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice