Əsas səhifə » Zəlzələ bp-nin Xəzər dənizindəki fəaliyyətinə heç bir təsir göstərməyib

Zəlzələ bp-nin Xəzər dənizindəki fəaliyyətinə heç bir təsir göstərməyib

Laman Asadli

Bakı. AzerPress:

Zəlzələ bp-nin Xəzər dənizindəki fəaliyyətinə heç bir təsir göstərməyib.

Bu barədə AzerPress-in sorğusuna cavab olaraq bp şirkətinin Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.

“Zəlzələ fəaliyyətimizə heç bir təsir göstərməyib. Bütün obyektlərimiz zəlzələ, sürüşmə və s. kimi təbiət hadisələrinə davam gətirəcək şəkildə layihələndirilib”, – deyə şirkətdən bildiriblər.

banner

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Xatırladaq ki, bp Azərbaycanda bir neçə iri neft-qaz layihələrinin iştirakçısıdır. Şirkət “Azəri-Çıraq-Günəşli” neft-qaz və “Şahdəniz” qaz-kondensat yataqlarının operatorudur.

Böyük Britaniya şirkəti həmçinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri layihələrinin iştirakçısı olmaqla, “D230” və “Şəfəq-Asiman” perspektiv layihələri üzərində işləyir.

Digər Kateqoriyalar

2023 © AzerVoice