Əsas səhifə » Zonquldakda batan gəminin yeri müəyyən edilib

Zonquldakda batan gəminin yeri müəyyən edilib

Laman Asadli

Bakı, AzerPress:

Zonquldakda batan gəminin yeri müəyyən edilib.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) sədri Okay Memiş açıqlama verib.

Məlumata əsasən, AFAD sədri batan gəminin yerinin müəyyən edildiyini və 25 metr dərinlikdə olduğunu bildirib.

banner

Bundan əlavə, 11 dənizçinin axtarışları davam edir.

Qeyd edək ki, 19 noyabr tarixində Qara dənizdə qasırğa səbəbilə Türkiyəyə məxsus yük gəmisi batıb, hadisə nəticəsində bir nəfər həyatını itirib.

X: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice