121
Bakı. AzerPress:
Türkiyənin Ziraat Bankı Əlcəzairdə filial açmaq üçün icazə alıb.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair prezidenti Əbdülməcid Tebbunla ortaq mətbuat konfransında çıxışı zamanı bildirib.
“Türkiyə şirkətləri Əlcəzairdə xarici sektorlarda ən böyük investorlar və məşğulluq təminatçılarıdır. Əlcəzairin ölkəmizə qoyduğu investisiyalardan məmnunuq. Enerji və bərpa olunan enerji sahəsində əməkdaşlığımızı inkişaf etdirməyi hədəfləyirik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə rəsmi səfər edib.