Əsas səhifə » Zaxarova Qərbin Ermənistana hərbi texnika tədarükünü şərh edib

Zaxarova Qərbin Ermənistana hərbi texnika tədarükünü şərh edib

Laman Asadli

Bakı. AzerPress:

Ermənistanın Qərb dostları tərəfindən aldanmasını heç istəməzdik.

Trend çərşənbə günü xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Qərbin Ermənistana hərbi texnika tədarükünü şərh edərkən deyib.

“Bu gün Qərbin necə aldada bildiyinə dair bir çox misallar çəkdik. Erməni xalqının yenidən qərbli “dostları” tərəfindən aldadılmasını heç istəməzdik. İş orasındadır ki, biz bu barədə artıq demişik”, – deyə o qeyd edib.

banner

Fransanın bu məsələdə rolundan danışan Zaxarova “Bastion” zirehli maşınlarının yarasız olduğunu vurğulayıb.

“Əfsuslar olsun ki, Qərb saxta hərbi texnikanı Ermənistan xalqına sırıyır. Çünki dünyanın müxtəlif ölkələrinin istehsal etdiyi hərbi texnikanın bu yararsız yığını heç vaxt müdafiə qabiliyyətinin artmasına səbəb olmayıb”, – deyə o əlavə edib.

Xatırladaq ki, “Bastion” zirehli texnikası ilkin olaraq Fransanın keçmiş Afrika müstəmləkələrindəki qoşunları üçün hazırlanıb. İndi isə Fransa hər vəchlə bu texnikadan qurtulmağa çalışır.

Digər Kateqoriyalar

2023 © AzerVoice