Əsas səhifə » Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Naile Babazade

Bakı, AzerVoice

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən  AzerVoice-ə verilən məlumata görə, başsağlığında deyilir:

“Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi.

banner

Sizin acınız bizim də acımızdır.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin”.

Digər Kateqoriyalar

2023 © AzerVoice