Əsas səhifə » Zakir Həsənov Pakistanın Aviasiya Kompleksinin sədri ilə görüşüb

Zakir Həsənov Pakistanın Aviasiya Kompleksinin sədri ilə görüşüb

Aytac Suleymanova

Bakı. AzerPress:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

Bu barədə AzerPress-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.

banner

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice