Əsas səhifə » Zəngəzur dəhlizi regionun sülh layihəsi kimi dəstəklənir – Uraloğlu

Zəngəzur dəhlizi regionun sülh layihəsi kimi dəstəklənir – Uraloğlu

Laman Asadli

Bakı, AzerPress:

Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Xüsusilə Şərq-Qərb əlaqələrini yaxşılaşdırmaq üçün Mərkəzi Dəhlizin dəmir yolu əlaqəsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə təmin edilib. Bundan əlavə, Xəzər dənizini Türkiyə ilə birbaşa birləşdirəcək Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir”, – deyə o vurğulayıb.

banner

Uraloğlu onu da qeyd edib ki, İnkişaf Yolu Layihəsi vasitəsilə Fars Körfəzi ilə Avropa və Asiya arasında əlaqə yaranacaq.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice