Bakı,AzerVoice
Səudiyyə Ərəbistanının yardım agentliyi KSrelief, bu həftə Yəmən, Sudan və Livanda ehtiyacı olan şəxslərə və ailələrə növbəti dəfə yardım göstərib.
AzerVoice xəbəbr verir ki, Yəməndə KSrelief Lahıc əyalətində 90 ərzaq paketi, Maribdə isə 100 çadır, 270 sığınacaq çantası və 618 ərzaq bağlaması paylayıb.
Sudanda agentlik Nil çayı əyalətində məcburi köçkün və ən ehtiyacı olan ailələrə 900 ərzaq paketi paylayıb ki bundan ümimilikdə 5177 nəfər faydalanıb.
KSrelief Livanın şimalında, Akkar Qubernatorluğu və Əl-Minieh rayonunda Əl-Amal “Xeyriyyə Çörəyi” layihəsini həyata keçirməyə davam etdi.
Dördüncü mərhələdə layihə 18-24 iyul tarixlərində ehtiyacı olan suriyalılara, fələstinlilərə və Şimali Livanda yaşayan ev sahibi icmaya gündəlik təxminən 25 min kisə çörək paylayıb ki bundna ümumilikdə 12 min 500 ailəyə faydalanıb.