Əsas səhifə » Yuxuda zurna görmək necə yozulur?

Yuxuda zurna görmək necə yozulur?

Azer Voice

Bakı, AzerPress:
Yuxuda zurna çalındığını eşitmək xoş xəbər eşidəcəyinizdən xəbər verir.

Yuxuda xəstə birinin yanında zurna çalındığını eşitmək itki üz verəcəyinə yozulur. Yuxuda hökmdarın və ya yüksək rütbəli birinin sizə zurna verdiyini görmək rifaha və xoşbəxtliyə işarə edir. Yuxuda zurna, tütək və ya fit çaldığını, barmaqlarını zurnanın dəliklərinə qoyduğunu görmək Quranı və mənasını öyrənməyə dəlalət edir. Həmçinin, o insan Quranı çox gözəl oxuya bilir. Bundan əlavə, yuxuda zurna, tütək kimi alətləri görmək qadının ölüyə ağlamasına işarə edir. Əgər xəstə yuxuda zurna çalırsa, bu onun əcəlinin gəldiyinə işarədir. Bəzən yuxuda bu aləti görmək oyuna və ya fitnəyə işarə edir. Yuxuda əlinizdə qızıldan hazırlanan zurna olduğunu görmək və onu çalmaq alimlər üçün biliklərinin artacağına yozulur.Yuxuda zurna ifaçısı görmək qəm, qüssə, kədərdən qurtularaq rifaha qovuşacağınıza yozulur. Lakin bəzən də ağlamağa, fəryad etməyə işarəd edir.
Yuxuda zurna ifaçısı görmək insanları bir-birinə qarşı qoyan, fitnə-fəsad törədən pis insanlara da yozula bilər, çünki zurna çalmaq mənasız və boş iş hesab edilir.
Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice