Əsas səhifə » Yuxuda zikr etdiyinizi görmək necə yozulur?

Yuxuda zikr etdiyinizi görmək necə yozulur?

admin

Bakı. AzerPress:

Yuxuda Uca Allaha zikr etdiyinizi görərsinizsə, bu yuxu qorxu hissindən uzaqlaşacağınıza, xeyir və rəhmət qapılarının açılacağına, xəstəliklərdən şəfa tapacağına, çətin işlərinizin asanlaşacağınadəlalət edər.

Yuxu sahibi, yuxuda “Lə iləhə illəllah” deyərək zikr etdiyini görərsə, bu yuxu bərəkət, rahatlıq və rəhmətə işarədir. Yuxuda Kəlimə-i Tövhid oxumaq isə son nəfəsdə imanla ölümə işarədir.

Əgər yuxuda “Lə həvlə vələ kuvvətə” oxunduğunuzu görmüsünüzsə, bu yuxu mal-dövlət və bərəkətə, Allah Təalanın hifzində və əmin-amanlığında olmağa işarədir.

banner

Yuxu sahibi, yuxuda “la havle” oxuduğunu görərsə, onun yuxusu bol xeyir – bərəkətə işarədir. Çünki bu söz cənnət xəzinələrindən biridir.

Yuxuda “Allah” adını çəkdiyinizi və ya səsləndiyinizi görmək, din və əqidənin sağlam olmasına, dünyada və axirətdə müqəddəs və şərəfli olmağa, cənnət və səadətlə müjdələnməyə işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice