Əsas səhifə » Yuxuda zeytun görmək necə yozulur?

Yuxuda zeytun görmək necə yozulur?

Azer Voice

Bakı,AzerVoice

Yuxuda zeytun görmək elmə, hikmətə, bolluq və faydaya, gözəl ruziyə, mübarək insana və gözəl həyat yoldaşına işarədir. Çünki zeytun mübarək meyvədir. Yuxuda zeytun ağacı aldığını görmək xeyir işlırə, firavanlığa və bolluğa işarədir. Zeytun ağacı əkdiyinizi görmək bol və bol ruziyə işarədir.

Yuxuda zeytun ağacına dırmaşdığınızı hörmək, çoxlu nemətlərə sahib olacağınıza işarədir. Zeytun ağacından endiyini və ya yıxıldığını görmək, əldə edilən nemətin əskik olacağına dəlalət edir.

Yuxuda zeytun ağaclarından yarpaq yığıb evinizə apardığınızı görmək ruzi-bərəkətə və çoxlu mal-dövlətə işarədir.

banner

Günahkar insanın yuxuda zeytun görməsi iman və hidayət nuruna çatmağa, tövbəyə, elm və Quran oxumağa işarə edir.

Zeytun görmək bəzən asan əldə edilən mallara, halal yeməklərə, dolanışığın sevincinə və zənginliyinə dəlalət edir.

Yuxuda zeytun görmək və ya yemək xeyir və bolluğa işarədir.

Yuxuda ağacdan zeytun yığdığınızı görmək yaxşılığa və bolluğa işarə edir.

Yuxuda zeytun yarpağı görmək, təhlükəsiz və etibarlı bir şeydən yapışmağa, saleh insanlara və ya yaxşı insanlara işarə edir.

Yuxuda zeytun təmizlədiyinizi və ya sıxdığınızı görmək çətinlik və sıxıntıya işarədir. Zeytun yarpağı isə səbr və əzmkarlığa, xəstələrin sağalmasına və rifah halına dəlalət edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice