Əsas səhifə » Yuxuda yağış görmək nə deməkdir?

Yuxuda yağış görmək nə deməkdir?

admin

Bakı, AzerPress:

Yuxuda yağış görmək yaxşı xəbərlərə və ruziyə işarə edir. Yuxuda yağışdan islandığınızı görmək qorxuya, yağış damlalarının səsini eşitmək isə məşhurluğa işarə edir.

Yağış görmək həm də xeyir, bolluq, ruzi, bərəkət və rəhmət mənasına gəlir. Çünki yağış Allahın mərhəmətidir.

Əgər yuxuda üstünüzə leysan yağışını görmüsünüzsə, bu, problemsiz həyata, bol ruziyə yozulur.

banner

Yuxuda yağışın yalnız sizin evinizə yağdığını görmək yaxşı əməllərə, mənfəətə, zənginliyə işarə edir.

Əkinçilərin yuxuda yağış görməsi məhsulunun artacağına yozulur.

Yuxuda göydən bal, süd, yağ və ya zeytun yağının yağdığını görmək bütün insanlar üçün yaxşı işarədir.

Yuxuda göydən qılınc yağdığını görmək insanların müharibə, ölüm və düşmənçilik başladacağına işarə edir. Göydən qarpız və ya yemiş yağdığını görmək insanların xəstələnəcəyinə işarədir. Yuxuda göydən qan və daş yağdığını görmək isə əzaba və bədbəxtçiliyə işarə edir.

Yuxuda yağış yağdığını görmək, əsasən, altı cür yozulur: bol ruzi, çoxlu mal-dövlət, həyat, ucuzluq, mənfəət və xeyir.

Yuxuda yağış görmək bəzən çəyirtkə, dolu və güclü külək kimi gələcək fəlakətlərə, bəzi hallarda isə fitnə və qan tökülməsinə yozulur.

Yuxuda günahkar birinin yağış suyu ilə qüsl aldığını və namaz qıldığını görmək tövbə etməyə, kafirin həmin yuxunu görməsi isə müsəlman olacağına işarədir.

Bundan əlavə, yağış İslam dininə, Allahın mərhəmətinə, onun bəxş etdiyi rahatlıq və yardıma, Qurana, elm və hikmətə dəlalət edir.

Yuxuda suyun yağış kimi göydən axdığını görmək o yerdə xəstəlik və əzabın olacağına işarə edir. Yuxuda saf və təmiz yağış suyu içdiyinizi görmək xeyir və bolluğa işarə edir.

Yuxuda sakit yağan yağış yaxşılıq və bolluğa, şiddətli leysan isə iztirab, qəm və bədbəxtliyə yozulur.

Əgər yuxuda yağış geyimi görmüsünüzsə, bu, sizin adınızın uca tutulduğuna, nüfuzlu biri olduğunuza və yaxşı işlər gördüyünüzə dəlalət edir. Yaxşı parçadan hazırlanan yağış geyimi dinə və dünyəviliyə işarə edir.
Yuxuda yağış geyimi görmək bəzən güc və yardım kimi də yozulur. Yuxuda əyninizdə yalnız yağış geyimi olduğunu görmək yoxsulluğa işarədir.

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice