Əsas səhifə » Yuxuda tarla görmək necə yozulur?

Yuxuda tarla görmək necə yozulur?

Azer Voice

Bakı. AzerPress:

Yuxuda özünüzün tarlada məhsul əkdiyinizi görərsinizsə, bu yuxu subay insanlar üçün evliliyə, evli insanlar üçün də övlad olmasına işarədir.

Bir kimsə yuxuda başqasının tarlasında əkin əkdiyini görərsə, bu, mübahisə və düşmənçiliyə, tarlada əkinlərin yandırılıb məhv olduğunu görmək isə aclıq və qıtlığa işarədir.

banner

Əgər yuxu sahibi yuxuda özünün yaşıl əkinlər arasında gəzdiyini görərsə, bu yuxu yaxşı və xeyirli işlərə, ibadət və itaətə dəlalət edir.

Yuxuda özünüzü buğda əkərkən görmüsünüzsə,bu yuxu maaşınızın dəfələrlə artacağına işarədir.

Yuxu sahibinin yuxuda əkin əkilməməsi lazım olan yerdə əkin əkdiyini görməsi, günaha və zərərə işarədir.

Bir kimsə yuxuda özünün məhsul yığdığını görsə, bu yuxu çətin işlərin asanlaşdırılmasına və ruzinin tez olmasına işarədir.

Digər Kateqoriyalar

2023 © AzerVoice