Əsas səhifə » Yuxuda şir görmək necə yozulur?

Yuxuda şir görmək necə yozulur?

Azer Voice

Bakı, AzerVoice

Yuxuda şir görmək sərt və güclü düşmən, zalım hökmdar, bəzən də ölüm əlamətidir. Şir görmək həm də yuxunu görən şəxsin şəfa tapacağına işarədir.

Yuxuda dişi aslan görmək qəddar və övladının öhdəsindən gələn qadına işarə edir.

Yuxuda şir görmək, həmçinin, cəhalət, təkəbbür, günah və qorxaqlıqdan xəbər verir. Yuxuda şir balası görmək oğlan uşağına işarədir. Şirin evinizə girdiyini görmək xeyirxahlıq, var-dövlət, uzun ömür və bol ruziyə yozulur.

banner

Yuxuda şir əti yediyinizi görmək dövlət tərəfindən mükafatlandırılacağınıza və ya böyük qazanca işarə edir.

Yuxuda vəhşi şirin xalqın yolunu kəsdiyini görmək hökmdarın zalımlığına yozulur. Şirin sizi qovaladığını görmək qorxuya işarə edir, əgər şirdən qurtula bilməyib onun pəncəsinə düşdüyünüzü görürsünüzsə bu, sizə itki üz verəcəyinə işarə edir.

Yuxuda yırtıcı heyvanın xəstə olan evə girdiyini görmək həmin xəstənin əcəlinin gəldiyinə işarədir.

Yuxuda şir dərisindən və ya xəzindən bir geyim aldığınızı görmək düşmən malının ələ keçəcəyinə və ya miras qalacağına yozulur.

Yuxuda şirin məscidə girib minbərə çıxdığını görmək insanlara zülm edəcək, qorxu və dəhşət saçacaq hökmdara işarədir.

Yuxuda iki şirin bir-biri ilə döyüşdüyünü görmək müharibəyə, şirə mindiyinizi görmək isə düşməninizin öhdəsindən gələcəyinizə işarə edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice