Əsas səhifə » Yuxuda səhabə görmək necə yozulur?

Yuxuda səhabə görmək necə yozulur?

admin

Bakı, AzerPress:

Yuxuda səhabələrdən birini yaxşı vəziyyətdə görmək, yuxu sahibinin haqqındakı gözəl əqidə və sünnələrə əməl etməyə işarədir.

Yuxuda onları görmək sevgiyə, qardaşlığa, yardım və xeyirxahlığa, düşmənçilik və paxıllıqdan qurtulmağa, qəlblərdəki düşmənçiliyi aradan qaldırmağa, qəlbləri dolduran sevgiyə işarə edir.

Möhtərəm səhabələri görmək həm də zənginliyə işarədir. Çünki onlar çoxlu fəthlər edib, qənimətlər əldə ediblər. Ən yaxşı qənimət isə təqvadır.

banner

Yuxuda səhabələri görmək tövbəyə və Allah Təalanın yolunda xeyir və bolluğa dəlalət edir.

Məsələn, yuxuda Həzrəti Öməri görmək uzun ömürə, fəzilətə, hər yerdə haqqı deməyə, yaxşılığa, batildən uzaqlaşıb Haqqa çatmağa işarə edir.

Eləcə də, Həzrət Osmanı görmək zühd, təqva, həya və gözəl əxlaq, yaxşılıq və fəzilət nişanəsidir. Həzrət Osmanın ona gülümsədiyini və təriflər söylədiyini görmək dünya və axirət xoşbəxtliyinə dəlalət edir.

Kimsə səhabələrin başçısı və Rəsulullahın mağara dostu Əbu Bəkri yuxuda gülərüz və rahat halda görərsə, bu dünya və axirət səadətinə, əmin-amanlığına işarədir.

Yuxuda Həzrəti Həsən və Hüseyni görmək isə bəzi böyük insanlarla əlaqə quracağınıza və onlardan xeyir və bərəkət qazanacağınıza, elm və hikmət qazanacağınıza işarədir.

Yuxu sahibi səhabələrdən birinin ona bir şey verdiyini və ya onunla lütf və iltifatla danışdığını görərsə, bu çoxlu mal-dövlət və bərəkət, firavanlıq və rahatlıq, fəqirlərə lütf və xeyirxahlıq deməkdir. Çünki onlar lütf və xeyirxahlıqda hamıdan öndə idilər.

Peyğəmbərin mehriban qızı və cənnət qadınlarının ağası olan Həzrət Fatiməni yuxuda görmək hər cür xeyir və bolluğa, fəzilətə, yüksək və gözəl əxlaqa, bütün işlərdə uğura işarədir. Onu yuxuda şən və gülərüz görmək, məmnunluq və səadətə, rahatlığa işarədir. Kədərli görmək isə qəm ilə ifadə edilir.

Yuxuda Rəsuli Əkrəm əfəndimizin pak zövcələrindən hər hansı birini görmək isə yaxşılığa, iffət və doğruluğa, haramdan və batildən uzaq olmağa, ailə səadətinə və bol ruziyə dəlalət edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice